20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir
18.01.2014 [08:44]
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Bakı Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla anıblar.
Sonra tədbiri giriş sözü ilə açan Bakı Dövlət Sosial-İqtisadi Kollecin direktoru İlham Vəliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib.
İ.Vəliyev deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir: “Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın azadlıq uğrunda apardığı mücadilə öz nəticəsini verdi. Uzun illər həsrətində olduğumuz müqəddəs arzuya, azadlığa qovuşduq. 20 Yanvar faciəsinin 24-cü ildönümünü qeyd etdiyimiz bu günlərdə biz ötən illəri xatırlamalı, xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını iftixar hissi ilə qeyd etməliyik”.
Daha sonra çıxış edənlər 20 Yanvar faciəsi ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Vurğulanıb ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq 20 Yanvar Azərbaycan tarixinin şanlı səhifəsidir.
Sonda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, 1990-cı il 20 Yanvar faciəsi müasir Azərbaycan tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Onun sözlərinə görə, 24 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin dəhşətli gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar: “SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı. Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam etdilər. Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu, Ulu öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi”.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

