Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub
01.06.2026 [10:14]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Prezident vurğuladı ki, kənd təsərrüfatının inkişafında subsidiyaların və dövlət dəstəyinin xüsusi rolu vardır. Azərbaycanda fermerlərə yanacaq və gübrə güzəştləri verilir, güzəştli kreditlər ayrılır və metodiki dəstək göstərilir. Bu dəstək mexanizmləri sayəsində pambıqçılıq, üzümçülük, baramaçılıq və fındıqçılıq kimi ənənəvi sahələr yenidən inkişaf etdirilmişdir. Xüsusilə pambıqçılıqda istehsalın 20 min tondan 360 min tona çatdırılması aparılan islahatların real nəticəsi kimi qiymətləndirildi. Dövlət başçısı qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının emalı və ixracı sahəsində də mühüm addımlar atılmalıdır.
Müşavirədə ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət ayrıldı. Prezident cənab İlham Əliyev bildirdi ki, dünyada baş verən müharibələr, nəqliyyat zəncirlərinin qırılması və enerji böhranı ərzaq təminatına mənfi təsir göstərir. Buna görə hər bir dövlət öz daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycanda buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması qəbuledilməz hesab edildi və bu göstəricinin artırılması üçün yeni tədbirlərin görüləcəyi vurğulandı. Eyni zamanda tərəvəz, meyvə, bostan məhsulları və şəkər istehsalında yüksək nəticələrin əldə edildiyi bildirildi.
Cənab Prezident kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin vacibliyini də vurğuladı. Torpaqların elektron xəritələrinin hazırlanması, süni intellekt və peyk texnologiyalarından istifadə olunması, müasir suvarma sistemlərinin genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərildi. Məqsəd məhsuldarlığı artırmaq və torpaqdan daha səmərəli istifadə etməkdir.
Eyni zamanda Müşavirədə kəndli və fermerlərə dövlət dəstəyinin mexanizmləri də dərin təhlil edilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, dövlət tərəfindən ayrılan subsidiyalar birbaşa məhsuldarlığın artırılmasına və real nəticələrə xidmət etməlidir. Kənd təsərrüfatına dair müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti aqrar sahənin inkişafını ölkənin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı həm iqtisadi inkişafın, həm də sosial rifahın təmin olunmasında mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

