Yüksələn xətt üzrə inkişaf edən əlaqələr
07.05.2026 [09:54]
Azərbaycanın Avropa ilə çoxşaxəli diplomatik və iqtisadi münasibətləri fonunda İtaliya ilə qurulan əlaqələr strateji əhəmiyyətinə görə fərqlənir. Bu gün tam əminliklə demək olar ki, Bakı ilə Roma arasındakı siyasi əlaqələr qarşılıqlı etimadın ən yüksək mərhələsinə yüksələrək özünün tarixi zirvəsini yaşayır. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına təkan verən bir çox mühüm məqam var. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycanla İtaliya arasında çox sayda sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Siyasi münasibətlər hələ ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əsasını qoyduğu möhkəm təməl üzərində qurulub.Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələrin olması tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübut edir.
İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri təkcə diplomatik hadisə deyil, həm də ölkələrimiz arasındakı münasibətlərin yeni mərhələyə keçidinin bariz göstəricisi kimi qiymətləndirilə bilər. Bu gün İtaliyanın Azərbaycana marağı artan xətt üzrə davam edir və bu maraq təkcə iqtisadi deyil, siyasi və strateji məzmun da daşıyır. İtaliya Avropanın böyük gücləri arasında Azərbaycanın ilk strateji tərəfdaşı kimi fərqlənir. Münasibətlərin bu səviyyəyə çatması onu göstərir ki, Azərbaycan artıq region daxilində deyil, daha geniş miqyasda ciddi tərəfdaş kimi qəbul olunur. Enerji, iqtisadiyyat və nəqliyyat sahələrində qurulan əlaqələr iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Bu münasibətlərdə qarşılıqlı etimad açıq hiss olunur və tərəflər bir-birini, sadəcə, tərəfdaş yox, eyni zamanda, etibarlı müttəfiq kimi görür.
Bu baxımdan, Ciorcia Meloninin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Son illərdə dövlət başçıları arasında intensiv dialoq müşahidə olunur.
Azərbaycan-İtaliya münasibətlərində enerji sahəsi xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas ölkələrdən biridir. İtaliya isə Azərbaycanın enerji resurslarının əsas ixrac bazarlarından biridir. Prezident İlham Əliyevin bəyanatına əsasən, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşır. Bu göstərici iki ölkə arasında iqtisadi əlaqələrin nə qədər geniş miqyas aldığını nümayiş etdirir. Xüsusilə təbii qaz sahəsində əməkdaşlıq diqqət çəkir. Azərbaycan tərəfindən ixrac olunan qazın əhəmiyyətli hissəsi İtaliya bazarına yönəlir. Bu proses Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilir. Bu dəhlizin əsas komponentlərindən biri olan TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır.
Son illərin statistik göstəricilərinə əsasən, Azərbaycan İtaliyaya milyardlarla kubmetr qaz ixrac edib və ümumilikdə bu həcm 50 milyard kubmetrə yaxınlaşıb. Bu, Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, neft sahəsində də Azərbaycan İtaliya üçün əsas təchizatçılardan biridir və bu istiqamətdə də ikinci yerdə qərarlaşır. Bu fakt enerji əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını göstərir.
Ümumilikdə, Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəli və davamlı xarakter daşıyır. Siyasi, iqtisadi, enerji, hərbi və humanitar sahələri əhatə edən bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin bəyanatından da aydın olduğu kimi, Azərbaycan-İtaliya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə doğru inkişaf edir. Ciorcia Meloninin Azərbaycana səfəri bu münasibətlərin gələcək inkişafına yeni təkan verəcək mühüm hadisə kimi tarixə düşür.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

