Bakı ilə Roma arasındakı siyasi əlaqələr qarşılıqlı etimadın ən yüksək mərhələsinə yüksəlib
05.05.2026 [14:53]
Məlumdur ki, İtaliya ölkəmizin dost və strateji tərəfdaş ölkəsidir. İki ölkə arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib. Azərbaycan ilə İtaliya arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq gündən-günə daha da möhkəmlənir. Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Məlum olduğu kimi, Ölkəmiz İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün üçüncü ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu. Yeri gəlmişkən, səfər çərçivəsində keçirilən görüşlər onu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr durmadan inkişaf edir və getdikcə daha da möhkəmlənir. 2020-ci ildə Romada imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi üçün mühüm yol xəritəsi kimi müəyyən edilmişdir. Xanım Meloninin səfəri və əldə olunan razılaşmalar isə əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün güclü zəmin yaratdı.
Qeyd edək ki, Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq danışıqların çox uğurlu keçdiyini bildirdi və Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğuladı və bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi. Sirr deyil ki, bu yüksək səviyyəli təmaslar ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir, regional əməkdaşlığın daha da genişlənməsi üçün də yeni imkanlar yaradır. Bu proses uzunmüddətli və dayanıqlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır, əməkdaşlığ daha da intensivləşdirir. Azərbaycan İtaliya münasibətlərinin çoxşaxəli və strateji xarakterini ümumiləşdirən ölkə başçısı vurğuladı ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və strateji tərəfdaşlığa çevrilib. Əsas əməkdaşlıq istiqaməti enerji sahəsidir. Bununla yanaşı, ticarət dövriyyəsinin yüksək olması, qarşılıqlı investisiyalar və İtaliyanın Azərbaycanda, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi layihələr iqtisadi əməkdaşlığın genişliyini göstərir. Eyni zamanda münasibətlər yeni sahələri də əhatə edir və hərbi-texniki əməkdaşlıq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətləri inkişaf etdirilir. Təhsil sahəsində isə İtaliya Azərbaycan Universiteti iki ölkə arasında insan kapitalı və bilik əlaqələrini daha da gücləndirir. Ümumilikdə, Azərbaycan İtaliya münasibətləri enerji əməkdaşlığı ilə başlayaraq iqtisadi, sənaye, investisiya və humanitar sahələri əhatə edən geniş strateji tərəfdaşlığa çevrilib. Onu da qeyd edək ki, xanım Ciorcia Meloninin Azərbaycan İtaliya münasibətlərinə kompleks yanaşaraq enerji əməkdaşlığının hələ də əsas istiqamət olduğunu, eyni zamanda sənaye tərəfdaşlığı, investisiyalar və nəqliyyat sahələrinin inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Avropa ilə Asiya arasında qovşaq rolunun gücləndirilməsində İtaliyanın Avropa bazarına çıxış baxımından mühüm rol oynadığını da qeyd etdi. Bundan əlavə, müdafiə və təhlükəsizlik, yüksək texnologiyalar və birgə istehsal kimi yeni əməkdaşlıq sahələrinin, eləcə də təhsil və mədəni əlaqələrin inkişafına təkan verildiyini bildirdi. Bu isə münasibətlərin daha da genişlənərək çoxşaxəli strateji tərəfdaşlığa çevrildiyini açıq şəkildə ortaya qoyur.
Ən əsası, Ciorcia Meloninin səfəri bir daha göstərdi ki, Azərbaycan İtaliya münasibətləri enerji əsaslı əməkdaşlıq çərçivəsindən çıxaraq siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələrin qurulmasında şübhəsiz ki, Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Bu xidmətlərin nəticəsi olaraq iqtisadi sabitlik, beynəlxalq öhdəliklərə əməl və digər mühüm amillərə əsaslanan siyasi sistem sayəsində Azərbaycan bu gün dünyada etibarlı və strateji tərəfdaş kimi qəbul edilir.
Şahlar Məmmədov,
YAP Göygöl rayon təşkilatı uzrə Gəncə Regional Qaz İstismar İdarəsinin Göygöl Xidmət Sahəsi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32

