“Müasir Azərbaycan dövlətinin memarı”
04.05.2026 [18:05]
4 may 2026-cı il tarixində Mingəçevir şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyasının (YAP), Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra açılış nitqləri dinlənilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Ulu Öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu qeyd edib. O, Ümummilli liderin müəyyən etdiyi ideoloji xəttin ölkənin parlaq gələcəyinin təminatçısı olduğunu deyib, onun əbədiyaşar ideyalarını Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış uzunmüddətli strategiya adlandırıb.
İ.İsmayılov, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qüdrətli Azərbaycanın Ulu Öndərin arzularının real təcəssümü olduğunu bildirib, həmçinin onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrildiyini qeyd edib. O, layihənin önəmini vurğulayaraq, gənclərin Ulu Öndərin siyasi irsini dərindən öyrənməyinin əhəmiyyətindən bəhs edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib ki, ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sferalarda tərəqqi, demokratik dövlət quruculuğu ilə səciyyələnən intibah mərhələsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin elm və təhsilə göstərdiyi diqqət və qayğının bu gün də müsbət nəticələr doğurduğunu vurğulayan natiq bu amilin müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafında mühüm önəm kəsb etdiyini qeyd edib.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin onun bütün fəaliyyət mərhələlərini əhatə etdiyini qeyd edib. O, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə xalqın rifahının yüksəldilməsi, hərtərəfli inkişafın təmin olunması və mühüm dövlət quruculuğu işlərinin həyata keçirildiyini vurğulayıb.
Sədr müavini əlavə edib ki, Ümummilli liderin zəngin siyasi və dövlətçilik irsi qadınların cəmiyyətdə rolunun güclənməsinə mühüm zəmin yaradıb, gender bərabərliyinin təmin olunması və qadınların ictimai-siyasi həyatda iştirakının genişlənməsi istiqamətində əsaslı addımlar atılıb, qadınların dövlət idarəçiliyi, təhsil və digər sahələrdə fəallığı artıb.
S.Qəhrəmanova gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyinin və vətəndaş kimi formalaşmasının vacibliyini qeyd edərək, gəncləri dövlətçilik ənənələrini dərindən öyrənməyə, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə və ölkənin gələcək inkişafında aktiv iştirak etməyə çağırıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında Heydər Əliyev ideyalarının Partiyanın fəaliyyətində əsas ideoloji istiqamət kimi çıxış etdiyini, sıralarında birləşdirdiyi minlərlə insanın bu siyasi irsin qorunması və təbliği istiqamətində fəal iştirak etdiyini vurğulayıb.
Sonra konfrans çərçivəsində YAP Veteranlar Şurasının üzvü, “Əməkdar müəllim” Fidumə Hüseynovanın moderatorluğu ilə panel sessiya keçirilib, məruzələr dinlənilib.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində davamlı inkişafı təmin edən əsaslar yaratdığını, ölkəmizin bugünkü tərəqqi modelinin onun siyasi xətti əsasında formalaşdığını vurğulayıb. Ə.Həsənov milli birliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, belə tədbirlərin fikir mübadiləsi və təcrübə paylaşımı baxımından əhəmiyyətini qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında Ulu Öndərin əsasını qoyduğu hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu ənənələrinin bu gün də proritet istiqamət kimi davam etdirildiyini bildirib. Qeyd olunub ki, hüquq sistemində aparılan yenilənmələr dövlət idarəçiliyinin daha çevik və səmərəli olmasına xidmət edir. Qanunvericilik sahəsində aparılan islahatlar ardıcıl şəkildə həyata keçirilir və yeni çağırışlara uyğunlaşdırılır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında müasir Azərbaycanın ideoloji təməlinin Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığını qeyd edib. O, bu irsin dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. A.Mirzəzadə, gənclərin ictimai-siyasi fəallığının, təhsil və maarifləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, onların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib.
Mingəçevir Dövlət Universitetinin müəllimi Xədicə Süleymanlı çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təhsil siyasətinin modernləşdirildiyini və bu sahənin inkişafında mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, ali təhsil müəssisələri bilik və bacarıqların formalaşdığı əsas mərkəzlərdir. X.Süleymanlı tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə cəlb olunması və innovativ yanaşmaların tətbiqinin bu sahədə əsas istiqamətlərdən olduğunu deyib.
Konfransda yekun nitq söyləyən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan dövlətçiliyinin əsas sütunu olduğunu bildirib, qeyd olunan fikirlərin əhəmiyyətini vurğulayıb, belə təşəbbüslərin maarifləndirici rolunu, davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23

