/ / Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib ________________________________________
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib ________________________________________
18.03.2026 [23:11]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı, YAP-ın qurucusu, ölkəmizin enerji strategiyasının müəllifi Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin müdiri Ağaəli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Təştif Komissiyasının üzv, Milli Məclisin deputatı Naqif Həmzəyev, eləcə də YAP üzvü, SOCAR Baş ofisinin Həmkarlar Təşkilatının sədri Nazim Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük, şərəfli və uğurlu yol keçərək cəmiyyətin aparıcı qüvvəsi kimi müstəqil ölkəmizin tarixində mühüm rol oynadığını bildiriblər. Ümumxalq partiyasına çevrilən YAP-ın Prezident İlham Əliyevin sədrliyi ilə son 20 il ərzində mühüm nailiyyətlərə imza atdığı, partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, institusional potensialının gücləndirilməsi istiqamətlərində zəruri işlərin həyata keçirildiyi qeyd olunub.
Sonra YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının yeni sədrinin və sədr müavininin namizədlikləri irəli sürülüb, səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, SOCAR Aparatının rəhbəri Hafiz Zeynalov SOCAR üzrə ərazi partiya təşkilatının yeni sədri, şirkətin prezidentinin müşaviri Racu Vəliyev isə sədr müavini seçilib.
Göstərilən etimada görə təşəkkürünü bildirən Hafiz Zeynalov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən çətin və məsuliyyətli dövründə böyük uzaqgörənliklə müstəqil Azərbaycanın möhkəm təməlinin qoyulmasını və milli inkişaf strategiyasının formalaşdırılmasını təmin etdiyini vurğulayıb. Bu xüsusda, YAP-ın ölkəmizin davamlı və dayanıqlı inkişafındakı mühüm rolundan bəhs edən Hafiz Zeynalov Prezident İlham Əliyevin sədrliyi ilə partiyanın Azərbaycan vətəndaşlarının ümumi siyasi ideya və məqsəd ətrafında birləşməsinə nail olduğunu bildirib.
Daha sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, sonra iclas iştirakçıları Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

