Azərbaycanın qazandığı bütün uğurlarda qadınların misilsiz xidmətləri vardır
06.03.2026 [18:01]
Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlərdən bəhrələnir. Bu baxımdan dövlətimiz bir çox konvensiyalara qoşulmuşdur. Onların sırasında “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Ərli qadınların vətəndaşlığı haqqında”, “Nikaha daxil olmağa razılıq, nikah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında” konvensiyalar və digər mühüm sənədlər vardır. Azərbaycan bu sənədlərə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.
Ümummilli lider Heydər Əliyev qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. Dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadın problemlərinə daha böyük diqqət ayrılmağa başlandı. Qadınların hüquq bərabərliyi və cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapmışdır. Elə həmin il Azərbaycan dövləti “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiyaya qoşuldu. Qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə isə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə qadın fəallığının artırılması üçün mühüm tapşırıqlar vermişdir. Yeni Azərbaycan Partiyasında da qadınların fəallığının artırılması məqsədilə Qadınlar Şurasının yaradılması onların bir çox sahələrlə yanaşı siyasətə də qoşulmasına imkan yaratdı.
Dahi şəxsiyyətin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev bu mühüm addımların davam etdirilməsi istiqamətində qadınların inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, Qadın Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrildi. Çünki qadın problemi təkcə qadının deyil, həm də onun ailəsinin və övladlarının problemidir.
Ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində qadınlar dövlət və dövlətçiliyimizə xidmət sahəsində hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Hamımıza məlumdur ki, qadınlar ən çox təhsil, səhiyyə və mədəniyyət sahələrində fəal iştirak edirlər. Lakin artıq qadın fəallığı yalnız bu sahələrlə məhdudlaşmır. İdarəetmə, siyasət və sahibkarlıq sahələrində də qadınlarımızın fəallığı getdikcə artır.
Bu da onu göstərir ki, Azərbaycan qadını böyük inkişaf yolu keçmişdir. Qadınların əməyi və zəhməti olmayan sahə demək olar ki, yoxdur. Qadın xoşbəxtdirsə, ailəsi də xoşbəxtdir. Qadın gülürsə, bəşəriyyət gülür. Qadın sağlamdırsa, sağlam düşünür və ətrafına da böyük fayda verir.
Bu gün Azərbaycan qadınları üçün ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti əsl nümunədir. Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir qadın üçün örnəkdir. Xeyirxahlıq, mərhəmət və yaxşılıq kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban Əliyeva “Yaxşılıq və mərhəmət mənim üçün ümid anlayışıdır” deyir. Bu sözlər biz qadınlar üçün də böyük nümunədir.
Qadınlarımız günü-gündən inkişaf edən dövlətimizin azad və firavan vətəndaşına, övladlarını savadlı və sağlam böyüdən anasına, eyni zamanda fəal ictimaiyyətçi qadınına çevrilmişdir. Hər bir qadın dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Qadınlara göstərilən diqqət və qayğının nəticəsində onlar ailələrində rahat və firavan həyat sürür, doğmalarının qayğısına qalırlar.
Bundan sonra da qadınlarımız öz əməli işi və fədakarlığı ilə dövlətimizin inkişafı naminə əzmkarlıq göstərəcəklər.
Qadınlar bizim hamımız üçün əzizdirlər. Bu gün Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir.
Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, inkişafında və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Bu gün qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutmuşlar. Azərbaycan qadınının keçdiyi yol və əldə etdiyi nailiyyətlər həqiqətən də dünya miqyasında böyük iftixar mənbəyinə çevrilmişdir.
Müasir dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün qorunması ruhunda tərbiyə etmək, onları xalqa və cəmiyyətə layiqli övlad kimi yetişdirmək işində qadınlar üzərlərinə düşən məsuliyyəti şərəflə yerinə yetirirlər.
Biz fəxr edirik ki, Azərbaycan qadını mərd, cəsarətli, qeyrətli və namusludur. Biz fəxr edirik ki, Azərbaycan qadını xalqımız üçün qəhrəman övladlar yetişdirir. Biz fəxr edirik ki, Azərbaycan qadını dünyaya böyük alimlər, sənət ustaları, siyasi və dövlət xadimləri bəxş edir. Bütün bunlar Azərbaycan qadınının xidmətidir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

