Qətiyyətli siyasət və möhtəşəm Qələbə modeli
02.03.2026 [09:46]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Xocalı Soyqırımı Memorialının açılışı tarixi ədalətin bərpası və dövlət suverenliyinin təzahürü kimi mühüm siyasi hadisədir. Həmin kompleks 30 ildən artıq davam edən mübarizə və qətiyyətin nəticəsidir. İki il əvvəl təməli qoyulan memorialın məhz Xocalıda – faciənin baş verdiyi məkanda ucaldılması xüsusi məna daşıyır. Bu amil həm şəhidlərin ruhuna ehtiramın əyani sübutudur.
Prezident İlham Əliyevin çıxışında Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayət olduğu qeyd edilib. Bir gecə ərzində yüzlərlə mülki şəxsin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qadın və uşaqların amansızcasına öldürülməsi, insanların əsir götürülməsi və itkin düşməsi göstərir ki, həmin hadisə təsadüfi hərbi toqquşma deyildi. Bu, planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilmiş etnik zorakılıq aktı idi.
Uzun illər ərzində itkin düşmüş şəxslərin qalıqlarının tapılması və doğmalarına təhvil verilməsi isə faciənin ağrısını bir daha xatırladır. Dövlətimizin başçısının çıxışında Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti də vurğulanıb. Fondun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası genişmiqyaslı beynəlxalq informasiya strategiyası idi. Bu təşəbbüsün həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rolu təqdirəlayiqdir.
Dünyanın müxtəlif ölkələrində keçirilən konfranslar, simpoziumlar, sərgilər və təqdimatlar Xocalı həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. Çoxsaylı kitab və nəşrlər tarixi faktları sənədlərlə təsdiqləyərək saxtalaşdırma cəhdlərinin qarşısını alıb. Nəticə etibarilə artıq 20-yə yaxın dövlət Xocalı soyqırımını rəsmən tanıyıb. Bu, uzunmüddətli və ardıcıl fəaliyyətin konkret nəticəsidir.
Azərbaycan Prezidentinin çıxışında əsas ideyalarından biri ədalətin məhz xalqın öz iradəsi və gücü ilə təmin edilməsi idi. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş Qarabağda antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Bu proses təkcə hərbi Qələbə deyil, həm də siyasi iradənin təntənəsi idi. Müharibə cinayətlərində iştirak etmiş şəxslərin bir hissəsinin zərərsizləşdirilməsi, digər hissəsinin saxlanılaraq məhkəmə qarşısına çıxarılması hüquqi müstəvidə ədalətin təmin olunması kimi təqdim edilib. Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında vurğulayıb ki, mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq: “Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir”.
Otuz il ərzində müxtəlif beynəlxalq dairələr tərəfindən “reallıqla barışmaq” çağırışları səsləndirilirib. İnformasiya məkanında manipulyativ tezislər yayılır, cəmiyyətə ruh düşkünlüyü aşılamağa cəhd göstərilirdi. Azərbaycan torpaqlarının hərbi yolla azad edilə bilməyəcəyi barədə şayiələr dövriyyəyə buraxılırdı. Lakin işğalla barışmamaq, danışıqlar nəticə vermədiyi halda hərbi yolla ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məsələsi dövlətimizin nümayiş etdirdiyi qəti mövqe idi. Bu strateji xətt illər boyu Prezident İlham Əliyev tərəfindən həm beynəlxalq tribunalardan, həm də köçkünlərlə görüşlərdə ardıcıl şəkildə bəyan edilirdi.
Uzun illər köçkün həyatı yaşamış, yaxınlarını itirmiş insanların doğma torpaqda memorialın açılışında iştirak etməsi ədalətin bərpasını təcəssüm etdirir. Otuz il ərzində ağır sınaqlardan keçən xalq öz mənliyini və ləyaqətini qorudu. Dövlətə və orduya olan inam bu dözümlülüyün əsas dayağı idi. Xocalıda ucalan memorial həmin inamın və əyilməz ruhun bir göstəricisidir.
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı güclü dövlət modelinin bir təzahürü kimi dəyərləndirilir. Xocalı faciəsi unudulmur, həqiqətlər sistemli şəkildə dünyaya çatdırılır və ədalət artıq konkret siyasi-hüquqi nəticə ilə təsdiqlənib. Memorial həm keçmişin ağrısını yaşadan, həm də gələcəyə güvən aşılayan bir abidədir. Bu faktor milli yaddaşın, dövlət iradəsinin və tarixi ədalətin vəhdətini ifadə edən mühüm hadisə kimi tarixdə qalacaqdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45

