Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur
23.01.2026 [15:32]
İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, aparıcı iş adamlarını bir araya gətirdi. Dövlət başçısı İlham Əliyev Forumda iştirak etmək üçün yanvarın 19-dan İsveçrə Konfederasiyasında səfərdədir. Ölkə Prezidentinin Forum çərçivəsində keçirdiyi görüşlər, “Euronews” televiziyasına müsahibəsi, "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasındakı çıxışı reallıqlarımızın təbliğində böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın çağırışlarında əsas yer tutan beynəlxalq hüquq normalarına riayət olunmasına xüsusi diqqət yönəltdi.
Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan atdığı hər bir addımında bu prinsipləri öndə saxlayır. 30 illik işğal dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir. Azərbaycan xalqı daim ədalətin zəfər çalacağına əmin idi. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonrakı dövrdə səsləndirdiyi çağırışlara diqqət yetirsək bu məqamın xüsusi qeyd edildiyini görərik. Cənab İlham Əliyev bildirir ki, işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.
Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də vurğuladı ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi.
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. “Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır” söyləyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan məhz buna nail oldu.
Dövlətimizin xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması prioritetdir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni körpülərin qurulmasına da xüsusi önəm verir. Təbii ki, buna əsas verən amillərdən biri də ölkəmizin malik olduğu potensialdır.
Dövlət başçısı İlham Əliyev “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışında da Azərbaycanın tarixi Zəfərindən, tarixi sülh razılaşmasından, onların fonunda gələcəyi necə təsəvvür etməsindən danışdı. Bildirdi ki, ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz.
Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Cənab İlham Əliyev onu da vurğuladı ki, biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı: “Beləliklə, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir”.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00

