Azərbaycan Cənubi Qafqazın ən böyük enerji istehsalçısıdır
22.01.2026 [15:51]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Bu gün bütün sahələr üzrə əldə olunan uğurların əsasını Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş uğurlu xarici dövlət strategiyası təşkil edir.
Beynəlxalq siyasi proseslərdə yüksək hörmət və etimada malik olan dövlətlər, bir qayda olaraq, uzunmüddətli əməkdaşlıq baxımından hüquqi və praktiki risklər doğurmayan tərəfdaşlar kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan məhz bu keyfiyyətlərə cavab verən, dünya birliyində etibarlı və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli siyasi əməkdaşlıq formatlarında formalaşdırdığı etibarlı tərəfdaş imici onun beynəlxalq arenada fərqləndirici xüsusiyyətlərindən biridir.
Bu amillər Prezident İlham Əliyevin Davosda “Euronews” telekanalına verdiyi müsahibəsində də aydın şəkildə özünün əksini tapır. Yanvarın 20-də Davosda “Euronews” telekanalına verdiyi müsahibədə strateji məqsədimizin milli maraqlar əsasında nəticələri əldə etməkdən və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək olduğunu, Azərbaycanın bir çox ölkələrlə istər regionda, istərsə də qlobal müstəvidə yaxşı münasibətlər qurduğunu ifadə edib.
Prezident İlham Əliyev qeyd etdi ki,uzun illər iqtisadi inkişafın əsas lokomotivi olan enerji sektoru artıq öz əsas infrastruktur mərhələsini başa vurub və yeni mərhələdə prioritet qeyri-neft sektoruna keçir. Bu keçid təsadüfi deyil və qlobal trendlərlə uzlaşır. Enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmə strategiyası rasional və vaxtında atılmış addımdır. Azərbaycanın enerji ixracatçısı kimi yeni status qazanması baxımından əhəmiyyətlidir. Burada əsas məsələ ondadır ki, Azərbaycan yaşıl enerjini daxili tələbatdan artıq həcmdə istehsal etməyi planlaşdırır və bu enerjini ixrac etməyi düşünür. Bu, ölkəni təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi də mövqeləndirir.Azərbaycanın artıq mövcud olan və yaxın illərdə artacaq əlavə enerji potensialı onu regionda bu sahə üçün unikal məkana çevirir.
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yalnız təbii qaz ixracının artırılması ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda zəngin alternativ və bərpa olunan enerji potensialına malikdir. Günəşli iqlim şəraiti və Bakının “küləklər şəhəri” kimi tanınması Azərbaycanın enerji ixracı imkanlarını daha da genişləndirir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə beynəlxalq marağı artırmaqla yanaşı, regional və qlobal əməkdaşlıq proseslərində onun aparıcı rolunun gələcəkdə də möhkəmlənəcəyini deməyə əsas verir.
Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

