Azərbaycanın inkişaf strategiyası və milli maraqların müdafiəsi
12.01.2026 [18:29]
Prezident İlham Əliyevin 2026-cı ilin ilk günlərində yerli televiziya kanallarına, Azərbaycan mediasının nümayəndələrinə geniş müsahibə verməsi olduqca dəyərli bir ənənəyə çevrilib. Ötən ilə yekun vurmaq, yeni başlanan il üçün nəzərdə tutulanlar barədə fikir bölüşmək baxımından cənab Prezidentin bu müsahibələri xüsusi məna, müstəsna əhəmiyyət daşıyır.
Prezidentin müsahibəsində daxili siyasət məsələlərinə xüsusi yer ayrılması dövlət idarəçiliyində sosial rifah amilinin prioritetliyini bir daha ön plana çıxarmışdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların balanslı tərəqqisi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas sütunları kimi təqdim olunmuşdur. Bu yanaşma Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinə sadiqliyini ifadə edir.
Müsahibə zamanı dövlət başçısı regionların idarə edilməsində tətbiq olunan yeni idarəetmə modeli — Xüsusi Nümayəndəlik İnstitutu barədə danışarkən, kadr seçimində peşəkarlıq və dövlətə sədaqət prinsiplərinin alternativsiz olduğunu xüsusi vurğulamışdır. Eyni zamanda, dövlət başçısının institusional islahatlara verdiyi əhəmiyyət hüquqi dövlət quruculuğunun və idarəetmədə şəffaflığın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasətin davamı kimi qiymətləndirilə bilər. Bu kontekstdə insan kapitalının inkişafı, təhsil və hərb sahələrində aparılan tədbirlər strateji investisiya kimi təqdim olunur.
Dövlət başçısı müsahibədə Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərinin əsasının düşünülmüş və milli maraqlara söykənən siyasət olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkənin inkişaf modeli suverenlik, müstəqillik və daxili sabitlik prinsiplərinə əsaslanmaqla yanaşı, müasir çağırışlara çevik cavab verə bilən idarəetmə mexanizmləri üzərində qurulub.
Sosial-iqtisadi inkişaf məsələlərinə toxunan Prezident İlham Əliyev əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsinin dövlət siyasətinin əsas prioritetləri olduğunu bildirib. Vurğulanıb ki, həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşı dayanır və bütün qərarlar insan kapitalının inkişafına xidmət edir.
Son 20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və əldə edilən gəlirlər sosial sahəyə yönəldilib. Bunu qeyd edən dövlətimizin başçısı deyib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. bu prosses bu gün də davam edir. müharibə zamanı əlil olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində bu sahəyə ölkəmidəki kimi diqqət və qayğı yoxdur.Həmçinin son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi siyasətinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.
Müsahibədə iqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğu xüsusi qeyd edilib. Makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılması və regionların tarazlı inkişafı istiqamətində tədbirlərin ardıcıl şəkildə davam etdirildiyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyev müsahibə zamanı dövlət idarəçiliyinin səmərəliliyinin Ölkə Prezidenti Azərbaycanın xarici siyasət kursuna da toxunaraq bildirib ki, ölkəmiz müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət yürüdür və bu siyasətin mərkəzində milli maraqlar dayanır. Regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq layihələr Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqenin dəyişməz olduğunu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönələn istənilən təhdidə qətiyyətlə cavab veriləcəyini vurğulayıb.
Ümumilikdə,Prezident İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09
Hadisə
12 Yanvar 11:09
Dünya
12 Yanvar 10:41
MEDİA
12 Yanvar 10:29
Dünya
12 Yanvar 10:17
Dünya
12 Yanvar 09:45
Dünya
12 Yanvar 09:21
Dünya
12 Yanvar 08:50
Dünya
12 Yanvar 08:39
Sosial
12 Yanvar 07:51
İdman
11 Yanvar 23:17
Sosial
11 Yanvar 22:31
Sosial
11 Yanvar 21:25
İdman
11 Yanvar 20:49
Dünya
11 Yanvar 20:44
Dünya
11 Yanvar 19:13
Dünya
11 Yanvar 19:07

