Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır
05.01.2026 [16:33]
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi siyasətin, inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına, yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğı qazanılan idman uğurlarında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin iştirakı ilə hər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunan mərasimin keçirilməsi də mühüm məqamları özündə ehtiva edir.
Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr edilən mərasimdə də bildirdi ki, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Uşaqlıqdan idmana göstərilən maraq əlbəttə, gələcəkdə idman uğurlarına yol açır. Dövlətimizin başçısı onu da qeyd etdi ki, siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və ölkəmizin inkişafı daimi, əbədi olsun. Burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər.
Hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 46 müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Belə ki, Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində idman kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları təşkil edilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Azərbaycanın büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion da hazırda əsaslı şəkildə təmir edilir, yenidən qurulur. Xatırladaq ki, hələ iki il bundan əvvəl Xankəndi stadionunda tarixi futbol yarışı – Azərbaycan Kubokunun 1/8 final mərhələsi “Qarabağ” – MOİK komandaları arasında oyun baş tutmuşdu. Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış etmiş və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil etmişdir.
Bu il Azərbaycan növbəti böyük idman yarışına – III MDB Oyunlarına ev sahibliyi etdi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurlarla yadda qaldı. Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir. On bir gün ərzində yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir.
Dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Bu il də istisna olmadı. Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldılar. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi. Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə isə bəzi idmançılar “Tərəqqi” medalları ilə təltif olundular. Dövlət başçısı, həmçinin 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini təqdim etdi.
Beləliklə, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsinə də də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
Fəxrəddin vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

