Şəmkirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
12.12.2025 [21:25]
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti dahi şəxsiyyət Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Ümummilli Liderin vəfatı günü ilə əlaqədar rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, 12 dekabr Azərbaycan xalqı üçün yalnız anım günü deyil, müasir dövlətçiliyimizin memarı, milli ideologiyamızın formalaşmasında həlledici rol oynamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram günüdür. Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusu və onun banisidir.
İcra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti xalqımız tərəfindən həmişə dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.
Heydər Əliyev müstəqilliyini yeni bərpa edən dövlətin qarşılaşdığı ən ağır sınaqlar dövründə misilsiz iradə, siyasi çevik düşüncə və böyük dövlət xadimi qətiyyəti nümayiş etdirərək Azərbaycanı dağılmaq təhlükəsindən çıxardığını bildirən Rəşad Tağıyev vurğulayıb ki, Ümummilli Liderin formalaşdırdığı strateji kurs ölkəmizin sabitliyinin, inkişafının və qlobal nüfuzunun möhkəm təməlini qoydu: “Heydər Əliyev siyasətinin davamı və Azərbaycan uğurlu inkişafının nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ulu Öndər siyasətini uğurla davam etdirəm prezident İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində ölkəmiz, xalqımız bu gün öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır”.
Rəşad Tağıyev sonda qeyd edib ki, Şəmkir rayonu da daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevrilib.
YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə sərf edib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aybəniz Nəsibova və digər natiqlər də çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediliblər.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən müstəsna işlər görmüşdür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

