Hərbi-diplomatik uğurun nəticəsi
25.11.2025 [18:25]
Kəlbəcər rayonu coğrafi mövqeyinə görə keçilməz bir ərazidir, çünki rayon ərazisi hər tərəfdən dağlarla əhatə olunmuşdur. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar.
Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Müqavimət görməyən, azğınlaşımış ermənilər Bakıdan göndərilmiş helikopter adı ilə insanları aldadaraq oğurlayıb Ermənistan ərazisinə əsir aparırdılar. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək üçün Ermənistanın imkanları daha da artmış oldu.
Kəlbəcər 27 il, 7 ay, 22 gün düşmən tapdağı altında qaldı. Baxmayaraq ki, Kəlbəcər işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ilə 822 saylı Qətnamə qəbul etmişdi. Lakin Ermənisrtan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə məlum qətnamənin icra edilməsində maraqlı olmadılar. Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə əlaqəli bu və digər qətnamələri sadəcə kağız üzərində qaldı.
27 sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin belini qırdı. Azərbaycan Ordusu qarşısında diz çökən Ermənistan təslim olmaq haqqında kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa edən ordumuz Azərbaycanın diplomatik müstəvidə də qalib olmasına zəmin hazırladı. Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən düşünülmüş siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən öz silahlı birləşmələrini 3 rayonumuzdan geri çəkməli oldu ki, həmin rayonlardan biri də Kəlbəcər rayonudur.
Vətən müharibsəinin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsini işğlçılardan azad etmiş, strateji yüksəkliklərin götürülməsi ilə ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarəti ələ almışdı. Ümumilikdə isə Kəlbəcər rayonunun hərbi əməliyyatlarsız boşaldılması əslində Azərbaycan dövləti üçün həm hərbi, həm də diplomatik bir uğurdur ki, bu da daha böyük mahiyyət kəsb edən qələbədir. Çünki ordumuz heç bir itki vermədən Kəlbəcər işağldan azad edildi. Üzü soyuq qışa doğru Kəlbəcər kimi keçilməz və təbii istehkamlarla zəngin olan bir ərazidə hərbi əməliyyatların keçirilməsi heç də asan başa gəlməyəcəkdi. Lakin Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik məharəti ölkəmizin hərtərəfli qələbəsini təmin etdi. Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev hər dəfə Kəlbəcər rayonuna səfəri zamanı çoxsaylı təməlqoyma və hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş hər bir ərazidə olduğu kimi Kəlbəcərdə də həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Sakinlərin öz doğma yurd-yuvalarına qayıdaraq rahat yaşamaqları üçün rayonda lazımi infrastruktur yaradılır. Bir sözlə, Kəlbəcər artıq özünün yeni inkişaf dövrünə qədəm qoyub.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48

