Milli kimliyimizin əsasları: Dil və tarix
04.11.2025 [15:10]
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı ilə Prezident İlham Əliyev həm alimlərimiz, həm də dövlət qrumları qarşısında bir çox vəzifələr müəyyənləşdirdi. Artıq ölkəmiz yeni vəziyyətdə yaşayır, həmçinin dünya da davamlı olaraq dəyişir. Belə olan halda ölkəmiz yeni çağırışlarla üzləşir. Müasir çağırışlara cavab verə bilmək üçün dünyada baş verən siyasi, iqtisadi və texnoloji proseslərlə ayaqlaşmaq mütləqdir. Lakin soy-kökümüzü, tarix və dilimizi, bir sözlə milli kimliyimizi unutmamalı, qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki geniş və əhatəli çıxışı bu baxımdan əsas “yol xəritəsi” hesab edilməlidir.
Ölkə başçısı çıxışında tarixi həqiqətlərə diqqət çəkərək bildirdi ki, ölkəmizin zəngin tarixi əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilib və bu istiqamətdə Azərbaycana qarşı aparılan təbliğat bu gün də dayanmır. Hər bir vətəndaş, yetişən gənc nəsil zəngin tariximizi bilməli, tədqiq və təbliğ etməlidir. Prezident İlham Əliyev qeyd etdi ki, qonşu ölkələrlə sərhədlərimizin o tayında azərbaycanlılar öz əzəli torpaqlarında yaşayırlar. Azərbaycan torpaqlarında yaradılmış Ermənistanda da azərbaycanlıların yaşaması erməni dövlətini və xalqını qorxutmamalıdır. Azərbaycanlıların bu ərazilərə qayıtması xalqımızın təməl haqqıdır. Tarixi faktlar, mənbələr və xəritələr də sübut edir ki, indiki Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılıb. Ölkə başçısı həmçinin vurğuladı ki, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Bu da özlüyündə tarixçilərimiz qarşısnda yeni vəzifələr müəyyənləşdirir.
Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğur və zəfərləri qoruyub saxlamaq üçün tariximizi bilmək, tariximizi düzgün təbliğ etmək çox vacib şərtdir. Bunun üçün orta və ali məktəblərdə tarix dərslərinin tədrisin keyfiyyəti də artırılmalı, gənc nəsildə tarimizi öyrənməyə həvəs yaradılmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biri Azərbaycan dilinin saflığının qorunub saxlanması mövzusu oldu. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilin yad təsirlərdən qorunub saxlnması, eləcə də inkişaf etdirilməsi üçün çox böyük işlər görülüb. Müvafiq Fərman və Sərəncamlar imzalanıb, lazımi tədbirlər həyata keçirilib. Dünyada baş verən qloballaşma fonunda bu cür addımların atılması çox təqdirəlayiq haldır. Dil hər bir xalqın milli kimliyidir. Dilimizin yad təsirlərə məruz qalması gələcəkdə ciddi fəsadlar verə bilər. Bu sahədə dilçi alimlərimizlə yanaşı hər bir vətəndaşımızın üzərinə böyük məsuliyyət düşür. Bir halda ki, Azərbaycan dili çox zəngin dildir, belə olan halda müasirlik xatirinə hər hansı bir dildən sözlərin götürülərək istifadə edilməsi əslində böyük qəbahət, milli kimliyimiz üçün isə ciddi təhdidir. Odur ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsi olmalıdır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

