Qərbin qoruyucu enerji mələyi: Azərbaycan Avropa üçün bütün mənalarda işıq gələn tərəfdir
01.10.2025 [16:41]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir. Eyni zamanda, İtaliya rəhbərinin Bakı səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir.
Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya prezidenti isə Azərbaycanı ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi.
Son illərdə Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2025-in ilk iki ayında ticarət həcmi 2024-ün eyni dövrü ilə müqayisədə 24,6% artaraq 2,28 milyard ABŞ dollarına çatıb ki, burada Azərbaycandan edilən ixrac da mühüm üstünlük təşkil edib.
Görünən odur ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Burada etibarlı tərəfdaşlıq amili ən başlıca şərtlərdəndir. Bundan başqa, tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Məhz bu baxımdan, İtaliya hər zaman Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olacaq. Fikrimcə, bu səfərin həm beynəlxalq kontekst, həm enerji təhlükəsizliyi baxımından, həm də iqtisadi-ticari və humanitar istiqamətlərdə əhəmiyyətli nəticələri olacaq.
Enerji sahəsində tərəfdaşlıq artıq uzun müddətdir ki, hər iki ölkənin diqqət mərkəzindədir. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Cənab prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. Üstəlik, ildən-ilə Azərbaycanın enerji tərəfdaşlığının əhatə dairəsi artmaqdadır.
Bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci sıradakı yerini qorumaqdadır.
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi ilə Azərbaycan qazının İtaliyaya və oradan da Avropanın digər ölkələrinə ötürülməsi enerji təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayır.
Ölkə başçısı italiyalı həmkarı ilə mətbuat konfransında bildirdi ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyir. Eyni zamanda, elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır:
“Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın təkcə İtaliya ilə deyil, bütün Avropa Birliyi ölkələri ilə geniş iqtisadi əməkdaşlıq imkanları mövcuddur və bu imkanlar tezliklə əməli fəaliyyətlə öz təsdiqini tapacaq. Yəqin ki, indi buna heç kəsin şübhəsi yoxdur.
İtaliya Prezidentinin Sercio Mattarellanın Bakıya ikinci rəsmi səfəri həm mövcud tərəfdaşlığın daha da irəliləməsi, həm də hər iki tərəf üçün yeni-yeni imkanlar yaranması baxımından strateji əhəmiyyət kəsb edir. Diqqətçəkən məqamlardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamasıdır. Qlobal dünyada baş verən siyasi-iqtisadi təlatümlər fonunda Azərbaycan qoca qitənin yalnız önəmli deyil, həm də öndə gələn qoruyucu enerji mələyinə çevriləcək. Artıq bütün yollar Romaya deyil, Bakıya aparır. Çünki, sözün bütün mənalarında işıq Bakıdan gəlir və Azərbaycan Qərb üçün işıq gələn tərəfdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

