Prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi şübhəsizdir
27.09.2013 [10:18]
Nərimanov rayonunda yerləşən “A.P.İK.” Şirkətlər Qrupunun 1000 nəfər əməkdaşı YAP sıralarına qoşulmaq üçün müraciət edib
Dünən Nərimanov rayonunda yerləşən “A.P.İK.” Şirkətlər Qrupunda qarşıdan gələn prezident seçkilərinə həsr olunmuş toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan “Elektroterm” ASC İH-nin sədri İsrafil Babayev “A.P.İK” Şirkətlər Qrupunun böyük bir qurum olduğunu deyərək tərkibində təxminən 60 şirkətin fəaliyyət göstərdiyini və 5 min 500 nəfərə qədər insanın çalışdığını diqqətə çatdırıb.
İ.Babayev deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxmalıdır. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun.
Şirkətin nümayəndəsi Telman Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. O deyib ki, Prezident İlham Əliyev xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan T.Məmmədov bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. Sonda isə o deyib ki, bu gün Azərbaycan vətəndaşına, seçicisinə “sən kimə səs verəcəksən?” sualını vermək artıqdır: “Çünki onun cavabı kifayət qədər aydındır - hamı ölkənin inkişafına, gələcəyinə - İlham Əliyevə səs verəcək”.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir: “Biz cənab Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əminik”.
Təşkilat sədri əlavə edib ki, ötən 10 il ərzində həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilib, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir. Onun sözlərinə görə, bütün bu faktların nəticəsidir ki, hazırda Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. “Seçiciləri qarşıdan gələn prezident seçkilərində aktiv iştirak etməyə və partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, T.Tağıyev əlavə edib.
Tədbirdə çıxış edən şair-publisist Mirkazım Seyidov Ulu öndər Heydər Əliyev tərəfindən müasir Azərbaycanın güclü təməlinin qoyulduğunu bildirib. O qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz uğurla inkişaf edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurlarının daha da artdığını deyən natiqin fikrincə, bu gün iqtidarla xalq arasında güclü birlik var: “Bu da Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev deyirdi ki, İlham Əliyevə Özüm qədər inanıram. Onun bu fikri özünü doğrultdu. Cənab İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir. Bu gün Prezidentimizə xalqımızın böyük rəğbəti, inamı var. Xalqımız bu seçkilərdə də cənab İlham Əliyevə səs verməyə hazırdır. Seçkilərdə Prezidentimizin növbəti dəfə qələbə qazanacağı şübhəsizdir”.
“Bulka-Maya” MMC-nin direktoru Azər Şahbazov isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. A.Şahbazov bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Prezident İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyən natiqin fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, A.Şahbazov vurğulayıb.
Tədbirdə, həmçinin, “Tornado” şirkətinin rəhbəri Samir Seyidov, “Cesko” şirkətinin nümayəndəsi Asif İbrahimov, “Konnekt” şirkətinin rəhbəri Hüseyn Məmmədov və “Azalsan” MMC-nin texniki direktoru Fazil İsmayılov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlar qazandığını vurğulayıblar. Çıxış edənlər sahibkarlığın inkişafına da dövlət başçısının dəstəyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bütün ölkə vətəndaşları kimi iş adamları da prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər.
Sonda Şirkətlər Qrupunun 1000 nəfər əməkdaşı YAP sıralarına üzv olmaq üçün müraciət ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

