/ / 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsidir.
20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsidir.
18.09.2025 [15:10]
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Azərbaycan xalqının uzun və məşəqqətli mübarizəsinin nəticəsidir.
Artıq ikinci ildir ki, Azərbaycan xalqı sentyabrın 20- sini xüsusi qürur və sevinclə qeyd edir. Prezident Cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi tariximizə həkk olundu. Bu əlamətdar günün təsis edilməsi təsadüfi deyil. Bu, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunmasının, minlərlə şəhidimizin qanı, qazilərimizin canı bahasına qazanılmış qələbənin rəmzidir. Artıq Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə əbədi dalğalanır.
Müharibədən sonra ölkəmiz qarşısına yeni məqsədlər qoydu. Azad edilmiş şəhərlərimiz yenidən qurulur, kəndlərimiz dirçəlir, yollar, tunellər, körpülər, enerji xətləri salınır. Qarabağ torpaqlarına həyat qayıdır. İndi milyonlarla insan səbirsizliklə doğma yurduna – Böyük Qayıdış gününə hazırlaşır. Bölgəyə həyat qayıdır, insanlar doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə böyük qayıdış proqramını gözləyirlər.
Bu proses təkcə tikinti-quruculuq deyil, həm də sosial rifahın, mədəni yüksəlişin və iqtisadi inkişafın təməlidir. Azərbaycanın qazandığı qələbə sadəcə hərbi gücün nəticəsi deyil, həm də milli iradənin, xalqla dövlətin sarsılmaz birliyinin təntənəsidir.
Bu gün Azərbaycan qalib dövlət olaraq regionda sülhün, sabitliyin və əməkdaşlığın memarıdır. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq aləmdə qəbul olunur, nüfuzumuz isə gündən-günə artırır.
Sentyabrın 20-si – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü – yalnız bir tarix deyil. Bu gün xalqımızın mübarizə iradəsini, qəhrəmanlıq yolunu və gələcəyə inamını ifadə edən qürur günüdür.
Qüdrətli ordumuz, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət zəfər çaldı. Bu qələbə Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirdi, yeni siyasi reallıq yaratdı və sülhə aparan yolda əsaslı zəmin qurdu.
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan ordusunun öz əzəli torpaqlarında şərəflə xidmət etdiyinin ən əsas göstəricisi idi. Prezident İlham Əliyev çıxışında Şuşanın azad edilməsini “Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə hazırlaşdığını vurğulamışdı. Həmçinin, ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!
Tarixi Zəfərimiz Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün azad Qarabağda qurulan yeni həyat xalqımızın gələcəyə inamını, dövlətimizin möhkəm iradəsini və qalib xalq olaraq qürurumuzu əks etdirir.
Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42

