Kəlbəcərin qürur və qayıdış günü
27.08.2025 [11:46]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
İllərlə düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün yaradılan ən yaxşı həyat şəraiti Prezident cənab İlham Əliyev siyasətinin uğurlarının davamı kimi tariximizə qızıl hərflərlə yazılır.
İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Düşmənin cəngindən azad edilən dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tunelinin çəkilməsi, bölgənin yol-nəqliyyat infrastrukturunun bərpası, müasir standartlara cavab verən xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin tikilməsi, elektrik stansiyalarının quraşdırılması, sadalamaqla qurtarmayan infrastruktur layihələrin həyata keçirilməsi hər kəsdə böyük ruh yüksəkliyi yaradır.
Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunan gün xalqımızı təbrik edərək, bildirib ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.
Bəli, bu gün kəlbəcərlilər böyük coşqu ilə düşmən tapdağından birdəfəlik azad olan diyarda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı yeni tikilmiş yaşayış kompleksinin açılışında iştirak etdi, sakinlərlə görüşdü və buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi.
“Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” Dövlət başçımızın bu sözləri qürur və sevinclə qarşılandı. Çünki 32 ildən sonra insanlar yenidən doğma torpaqlarına qayıdırdılar. Qalib ölkəmizin Qalib Lideri bildirdi ki, artıq köçkünlük dövrü bitib, kəlbəcərlilər bundan sonra öz doğma yurdlarında rahat yaşayacaqlar.
Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, Sovet dövründə Kəlbəcərin əhalisi 7-8 min nəfər olub. İndi isə yalnız yeni inşa olunmuş dörd yaşayış kompleksində 10 min nəfər üçün şərait yaradılıb. Bu, dövlətin Kəlbəcərin bərpasına necə böyük diqqət ayırdığını göstərir.
Bu günün Kəlbəcər səhərində müasir infrastruktur yaradılır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir. Kəlbəcər İsveçrə şəhərlərinə bənzər layihələrlə qurulur. Kəlbəcər sakinləri burada ən yüksək həyat şəraiti ilə təmin ediləcəklər.
Kəlbəcərin təbii sərvətlərindən danışan ölkə başçımız xüsusilə məşhur İstisu sanatoriyasının bərpasına diqqət çəkərək bildirib ki, sanatoriya yenidən qurulub və burada dünyanın ən keyfiyyətli mineral suları var. Bu, həm turizm, həm də insanların sağlamlığı üçün böyük imkanlar yaradacaq.
“Köçkünlük dövrü bitdi. İndi siz öz torpaqlarınızda yaşayacaqsınız. Bura gözəl bir şəhər olacaq” – Prezident cənab İlham Əliyevin söylədiyi sözlər hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Bu gün təkcə Kəlbəcər sakinləri üçün deyil, bütün xalqımız üçün bir qürur günü oldu.
Göründüyü kimi, dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın tam bərpası üçün ardıcıl iş aparır. Zəfərimizin, milli birliyimizin rəmzi Kəlbəcərdə aparılan tikinti və quruculuq işləri Azərbaycanın gücünü və xalqımızın gələcəyə inamını özündə əks etdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

