Ana dilimiz vicdanın səsi, aldığımız nəfəsdir
31.07.2025 [23:17]
1 Avqust təqvimdəki sıradan bir gün deyil, əsrlərin səsinə çevrilmiş müqəddəs çağırışdır: Unutmaq olmaz ki, əgər sən varsansa, demək ki, dilinlə varsan. Sən yaşayırsansa, sözünlə, səsinlə, dilinlə yaşayırsan. Bu bir tarix deyil bu, qəlbin döyüntüsüdür. Bizim üçün Azərbaycan dili yalnız danışıq vasitəsi deyil – bu, ürəyimizin ritmidir, ruhumuzun qanunudur. Çünki bir millətin taleyini yazan tarix deyil, məhz onun dilidir. Azərbaycan dilində bir sehr var: sözlər səsləndikcə sazın teli titrəyir, muğamın avazı ucalır, min illərin hikməti dilə gəlir. Ulu Öndər Heydər Əliyevin o unudulmaz sözlərini xatırlayaq: “Bizim Azərbaycan dili şeir dilidir.” Bu dilin hər hecasında dağların vüqarı, çayların axarı, yanan çıraqların işığı, anaların laylası var. Bu dilin nəfəsində həm Füzulinin kədəri, həm Nizaminin müdrikliyi, həm də xalqın təbəssümü var. XX əsrin sərt siyasi küləkləri əsdikcə, SSRİ-nin mərkəzi hakimiyyəti milli dilləri sıxışdırdıqca, bir həqiqət dəyişmədi: xalqın varlığı, dili ilə nəfəs alırdı. 70-ci illərdə SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi gücləndi. Amma Ulu Öndər Heydər Əliyev bütün risklərə rəğmən xalqının dilinə sahib çıxdı. Onun əzmi, qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verildi. O,sanki millətə bir and içirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır. Biz dilimizlə fəxr etməliyik!” Bu sadəcə qanuna yazılan cümlə deyildi – millətin taleyinə həkk olunan qürur səsi idi. 1991-ci ildə müstəqillik qazandıq, amma əsl qələbə o idi ki, Azərbaycan dili dövlətin ürəyinə çevrildi. 1995-ci ildə Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması rəsmiləşdi. Ulu Öndər Heydər Əliyevin sözlərindəki o dərin qüruru bir daha xatırlayaq: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Bu dil artıq sadəcə danışıq dili deyildi – müstəqilliyimizin möhürü, millətimizin əbədi imzası idi. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən fərman və qərarlar: “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (2001) fərman, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (2001) fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun (2002) olduqca böyük məna daşıyırdı. Bu qərarlar bir xalqın dili ilə qürur duymasının, onu qorumasının rəsmi ifadəsi idi. Ulu Öndərin dilə verdiyi qiymət o qədər dərin idi ki: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Cənab Prezident İlham Əliyevin dil siyasəti də sabaha açılan yolumuz demək idi. Bu gün cənab Prezident İlham Əliyev də ana dilimizi həm tarixi dəyər, həm gələcək üçün güc mənbəyi kimi görür. Onun imzaladığı sərəncamlar və fərmanlar dilimizin inkişafına xidmət edir. 2004-cü il – Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər, 2004-cü il – Milli Ensiklopediyanın nəşri, 2007-ci il – dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcüməsi, 2013-cü il – “Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı” Dövlət Proqramı, 2018-ci il – “Azərbaycan dilinin saflığının qorunması haqqında” fərman heç zaman tarixi dəyərini itirməyəcək. Cənab Prezident İlham Əliyevin dilimizlə bağlı fikirləri isə hər birimiz üçün mesajdır: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.” “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Azərbaycan dilinin nəfəsi min illərin ruhunu daşıyır. Bu dilin harayında Dədə Qorqudun səsi, muğamın kövrəkliyi, aşıq şeirinin coşqusu var. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur.” Bu zənginlik xalqımızı tarix boyu birləşdirdi, qorudu, sabaha apardı. Dünya dəyişir, dillər qarışır, yeni ifadələr yaranır. Amma bir həqiqət dəyişməz qalır: millətin ruhunu yalnız onun dili yaşadır. Cənab Prezident İlham Əliyevin çağırışı bizim üçün anddır: “Biz Azərbaycan dilinin saflığını, zənginliyini, gözəlliyini qoruyub saxlamalıyıq. Bu, bizim müqəddəs borcumuzdur.” Bu borc dövlətin, ziyalının, müəllimin, medianın, ən əsası isə hər bir azərbaycanlının boynundadır. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər il bizə xatırladır ki, ana dili sadəcə bir ünsiyyət vasitəsi deyil – bu, millətin ruhudur, nəfəsidir, vicdanıdır. Ulu Öndər Heydər Əliyevin unudulmaz kəlmələri ilə desək: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.” Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dili bizim milli sərvətimizdir. Biz onu qoruyuruq və qorumağa davam edəcəyik.” Dilimizin hər səsi tariximizin səsidir, sabahımızın zəmanətidir. Bu dil bizim qürurumuz, kimliyimiz, varlığımızdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

