Qlobal Media Forumu: rəqəmsal transformasiya və strateji missiya
26.07.2025 [17:36]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
19-21 iyul tarixlərində Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilən III Qlobal Media Forumu beynəlxalq siyasi və texnoloji dinamikanın diqqət mərkəzində olan bir platformadır. İnformasiya təhlükəsizliyi, medianın etibarlılığı məsələsi, süni intellektin jurnalistikaya təsiri və müasir çağırışların müzakirə olunduğu Forum “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunub. Mötəbər tədbir 52 ölkədən 140-a yaxın qonağın iştirakı ilə beynəlxalq səviyyədə mühüm önəm kəsb edir.
Forumun məkan olaraq Xankəndidə – Zəfər meydanında yeni tikilmiş Konqres Mərkəzində keçirilməsi Azərbaycanın informasiya və ideoloji suverenliyinin nümayişidir. Azad edilmiş ərazilər artıq həm tarixi-mədəni, həm də yeni siyasi və informasiya doktrinasının təzahürünə çevrilib. Bu faktor, həmçinin Qarabağ bölgəsinin postmüharibə dövründə ölkəmizin yenidənqurma və inteqrasiya siyasətini təcəssüm etdirir. Forumun burada keçirilməsi xarici qonaqlara – jurnalistlər, ekspertlər və media liderlərinə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin nəticələrini birbaşa yerində müşahidə etməyə imkan verib. Dövlətimizin informasiya siyasəti təşəbbüskar və formalaşdırıcı xarakter daşıyır.
Son illərdə texnologiyanın sürətli inkişafı media sektorunda köklü transformasiyalara səbəb olub. Media artıq informasiya axınının idarə olunması, ictimai rəyin formalaşdırılması və siyasi qərarların yönləndirilməsində mühüm rol oynayan strateji bir vasitəyə çevrilib. Bu dəyişikliklərin mərkəzində isə süni intellekt (AI) dayanır. AI algoritmik xəbər yayımı vasitəsilə ictimai şüurun formalaşmasına təsir göstərir, məlumatların sürətli təhlili, faktların avtomatlaşdırılmış yoxlanılması və xəbər istehsalının optimallaşdırılması ilə redaksiyalara operativlik və effektivlik qazandırır. Forumda dövlətimizin başçısının qeyd etdiyi kimi, daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir: “Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik”.
Forum çərçivəsində Prezident İlham Əliyevin enerji məsələlərinə dair fikirləri medianın müzakirə predmetindən daha geniş qlobal kontekstdə strateji təhlükəsizlik məsələsinə keçid etdiyini göstərir. Artıq uzun müddətdir ki, Azərbaycan enerji ixracatçısı kimi Avropanın mühüm tərəfdaşıdır. 2021-ci ildə 8 milyard kubmetr olan qaz ixracı hazırda 13 milyard kubmetrə çatdırılıb. Bu artım ölkəmizi qitə üçün enerji təminatında əsas aktora çevirir.
Forum çərçivəsində Prezident İlham Əliyevin Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərə dair səsləndirdiyi fikirlər bu əlaqələrin yalnız iqtisadi deyil, həm də texnoloji və informasiya müstəvisində dərinləşdiyini nümayiş etdirir. Viza rejiminin qarşılıqlı olaraq aradan qaldırılması, “Bir kəmər, bir yol” təşəbbüsünün dəstəklənməsi və ölkədən konteyner qatarlarının fasiləsiz axını dövlətimizin Trans-Avrasiya informasiya və nəqliyyat dəhlizindəki rolunu gücləndirir. Çinlə strateji tərəfdaşlıq süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq potensialını da əhatə edir. Azərbaycanın coğrafi mövqeyi, sabitliyi və texnoloji inkişaf strategiyası bu əməkdaşlıq üçün münbit zəmin yaradır. Ölkəmiz yalnız enerji və nəqliyyat dəhlizi deyil, eyni zamanda informasiya və texnologiya körpüsünə çevrilmək potensialına sahibdir.
Qlobal Media Forumu həm də Azərbaycanın diplomatik gündəliyinin beynəlxalq mediaya birbaşa təqdim edildiyi unikal vasitə olub. Süni intellekt, informasiya dayanıqlılığı və media etibarı gələcək beynəlxalq sabitlik üçün fundamental anlayışlardır. Azərbaycan bu Forum vasitəsilə bir daha göstərir ki, informasiya sahəsində fəal tənzimləyici və təşəbbüskar aktordur.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

