Regiona sabitlik, təhlükəsizlik lazımdır
22.07.2025 [17:28]
İyulun 19-da Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Məlum olduğu kimi məhz ölkəmiz sülh prosesinin təşəbbüskarı olmuşdur. Bu mövzuda danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışır, Bakıya səfər edir və onlar nə edəcəklərini bilmirdilər. Ölkə başçsı Azərbaycan tərəfinin sülh sazişinin mətnini hazırlayaraq Ermənistana göndərdiyini bildirdi. Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyib. Lakin Azərbaycan tərəfi qətiyyətlə bildirib ki, “Dağlıq Qarabağ” Ermənistanın təxəyyülündə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə ölkəmizin daxili siyasətinə aid olan bir məsələ daxil edilə bilməz.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev müzakirələrin iki il sürdüyünü və heç bir irəliləyişin olmadığını vurğuladı. Lakin həmin əraziləri sentyabrda Azərbaycan azad edəndən sonra Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi.
Prezident İlham Əliyev 2024-cü ilin yanvarında real danışıqların başlanıldığını və Azərbaycanın hazırladığı layihənin mətni üzərində iş getdiyini və həmin mətnin razılaşdırıldığını açıqladı. Ölkə başçısı birmənalı olaraq bəyan etdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər.
III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev mətnin paraflana biləcəyini və Azərbaycan tərəfinin artıq Əbu-Dabidə bu təkliflə çıxış etdiyini diqqətə çatdırdı. Tərəflər sülh müqaviləsinin imzalanmasına çox yaxındır. Ölkə başçısı bu prosesin geridönməz xarakter aldığını və Azərbaycanın heç nəyi yenidən müzakirə etməyəcəyini bəyan etdi. Əgər Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ölkəmizin düzgün istiqamətdə olduğunu qeyd edən Prezident İlham Əliyev Ermənistan tərəfinin ev tapşırıqlarını yerinə yetirməli olduğunu bildirdi. Bu baş verdiyi halda sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq, deyə, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda qeyd etdi. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Regiona sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, region ölkələri artıq sülh şəraitində yaşamalıdırlar.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35

