Azərbaycan milli mətbuatının 150 illik inkişafı yolu
18.07.2025 [20:35]
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” deyən Ulu Öndər Heydər Əliyev mətbuatın inkişafına həmişə diqqət yetirib. Bu il Azərbaycan milli mətbuatının təməl daşının qoyulmasının – “Əkinçi” qəzetinin işıq üzü görməsinin 150 illiyidir. Bu, təkcə bir mətbuat orqanının yubileyi deyil; bu, milli düşüncənin, azad fikrin, milli kimliyimizin formalaşması və inkişaf tarixinin, böyük bir yolun yubileyidir. Maarifçilik hərəkatının “Əkinçi” ilə başlaması çox dəyərli və milli bir tarixdir. 1875-ci ilin iyulunda görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti xalqın maarifləndirilməsi, milli şüurun oyadılması və azad fikir carçısına çevrildi. Cəmi 56 sayı çıxsa da, “Əkinçi”nin təsiri böyük oldu; o, milli mətbuatımızın təməlini qoydu, xalqı milli dəyərlərə, tərəqqiyə və öz kökünə bağladı. Çar senzurası qəzetin fəaliyyətini dayandırsa da, ideyaları yaşadı və yeni nəşrlərə yol açdı. “Ziya”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnalların fəaliyyəti milli oyanışın geniş vüsət almasına səbəb oldu. Bu nəşrlər təkcə maarifçilik deyil, həm də milli istiqlal ideyalarının yayılmasında mühüm rol oynadı. Rus dilində çıxan “Kaspi” qəzeti də Həsən bəy Zərdabinin ideyalarını davam etdirərək Azərbaycan mətbuatının maarifçi ruhunu qorudu. XX əsrin sonlarında qazanılmış müstəqilliyimiz milli mətbuat tarixində yeni səhifə açdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli iradəsi ilə 1998-ci ildə senzura ləğv olundu, söz və məlumat azadlığı təmin edildi, demokratik media mühiti yaradıldı. Bu qərar mətbuat tariximizdə mühüm dönüm nöqtəsi kimi qaldı. Ulu Öndərin mətbuata qayğısı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar müasir medianın möhkəm bünövrəsini formalaşdırdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafına xüsusi diqqət göstərildi. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, jurnalistlər üçün sosial layihələr, ipoteka güzəştləri, media subyektlərinə vergi azadolmaları tətbiq edildi. Dövlət rəhbərliyi dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görülərək, medianın yanında olduğunu bir daha sübut etdi. Dəyişən media mühiti qanunvericiliyin də təkmilləşdirilməsini tələb edirdi. Prezident İlham Əliyevin 2021-ci il fərmanı ilə “Medianın İnkişafı Agentliyi” yaradıldı. 2021-ci ilin sonunda qəbul edilən “Media haqqında” Qanun isə yerli medianın rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın təşviqinə, informasiya təhlükəsizliyinin təmininə xidmət edir. Bu gün Azərbaycan mediası internet qəzetçiliyi, sosial media, rəqəmsal platformalar vasitəsilə qlobal informasiya məkanının ayrılmaz parçasına çevrilib. Onlarla internet qəzet, sosial media layihələri və rəqəmsal təşəbbüslər milli maraqlarımızın müdafiəsinə, xalqımızın dolğun məlumatlandırılmasına xidmət edir. Azərbaycan mediası Vətən müharibəsində də qtiyyətini göstərdi. Qısaca desəm Azərbaycan mətbuatı Vətən müharibəsi dövründə öz peşəkarlığı və vətənpərvərliyi ilə yadda qaldı. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin 30-dan çox beynəlxalq media qurumuna verdiyi müsahibələr həqiqətlərimizi dünyaya çatdırdı. Azərbaycan mediası həm döyüş meydanında, həm də informasiya cəbhəsində Zəfərin təbliğatçısı oldu. Milli mətbuatımız həmişə milli-mənəvi dəyərləri qoruyaraq, cəmiyyəti maarifləndirmək, milli həmrəyliyi gücləndirmək, saxta məlumatlarla mübarizə aparmaq missiyasını daşıyıb. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, mətbuat azadlığı demokratiyanın fundamental şərtidir və Azərbaycan dövləti bu prinsipi daim prioritet hesab edir. Azərbaycan və Türkiyə mediasının strateji müttəfiqliyi isə daha böyük məna kəsb edir. 2020-ci ildə imzalanmış “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu iki qardaş ölkənin mediası arasında daha sıx əlaqələrin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə və beynəlxalq arenada həqiqətlərin müdafiəsinə xidmət edir. 150 illik yubileyin keçirilməsi isə dövlətin verdiyi ən böyü dəyərdir. Cənab Prezident İlham Əliyevin milli mətbuatın 150 illiyi ilə bağlı fərmanı, yubiley medalının təsis edilməsi və qeyd olunan digər tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti üçün milli mətbuat yalnız informasiya vasitəsi deyil, həm də milli irs, tarix və dövlətçilik salnaməsidir. 150 il ərzində Azərbaycan milli mətbuatı maarifçilikdən dövlət müstəqilliyinin, milli birliyin və Zəfərin təbliğinə qədər möhtəşəm yol keçib. Bu yolun müəllifləri – qələmi ilə xalqın səsini dünyaya çatdıran, milli ideyalarımızı qoruyan və ucaldan fədakar Azərbaycan jurnalistləridir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

