Regional əməkdaşlıqda yeni mərhələ, gənclər və davamlı gələcək
08.07.2025 [14:31]
Kənan Qədirli,
YAP Ağdam rayon təşkilatı, Ağdam Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədr müavini
2025-ci ilin iyul ayında Azərbaycanın Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti Zirvə görüşü məhz bu şəhərdə keçirildi. Bu mühüm toplantı təkcə üzv dövlətlər arasında iqtisadi münasibətlərin inkişafı baxımından deyil, həm də regionda sülh və sabitliyə verilən töhfə kimi əlamətdar hadisə oldu. Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, nazirlər, müşahidəçi qurumlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Onların Xankəndiyə gəlməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasının bariz göstəricisidir. Qonaqlar həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə də yerində tanış oldular.
Toplantının əsas mövzularından biri üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi oldu. Ticarət, nəqliyyat, enerji və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, regional layihələrin dəstəklənməsi və yeni təşəbbüslərin irəli sürülməsi istiqamətində konkret qərarlar qəbul edildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə çıxış edərək Azərbaycanın ECO çərçivəsində həyata keçirdiyi təşəbbüsləri və regional əməkdaşlığa verdiyi töhfələri diqqətə çatdırdı. Prezident qeyd etdi ki, Azərbaycan hər zaman regional əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olub və ECO ilə münasibətləri bu baxımdan xüsusi önəm daşıyır. Cənab Prezident həmçinin Xankəndidə bu səviyyəli beynəlxalq tədbirin keçirilməsinin siyasi və mənəvi əhəmiyyətinə toxunaraq bildirdi ki, bu görüş Azərbaycanın suverenliyinin təsdiqi və yeni reallıqların qəbul edilməsi baxımından xüsusi rəmzi məna daşıyır.
Zirvə görüşünün yekununda qəbul edilən qərarlarda üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət həcminin artırılması, ekoloji dayanıqlılıq və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin genişləndirilməsi vurğulandı. Görüş çərçivəsində üzv dövlətlər arasında ikitərəfli görüşlər də keçirildi. Bir çox ölkə nümayəndələri Xankəndidə görülən işləri yüksək qiymətləndirərək Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi quruculuq strategiyasını nümunəvi adlandırdılar.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü təkcə siyasi və iqtisadi baxımdan deyil, həm də gənclərin regional gələcəkdəki rolu baxımından xüsusi əhəmiyyət daşıdı. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir, həm ölkəmizin suverenliyinin beynəlxalq müstəvidə bir daha təsdiqi oldu, həm də regionda yeni mərhələnin başlanğıc nöqtəsinə çevrildi.
Zirvə çərçivəsində təşkil olunan “ECO Gənclər Forumu” xüsusilə diqqət çəkən məqam idi. 1 iyul tarixində Ağdamda keçirilən bu forumda “Sabit və iqlimə davamlı gələcək üçün gənclərin rolunun gücləndirilməsi” mövzusu ətrafında aparılan müzakirələr bir gənc olaraq məni çox düşündürdü. Burada səslənən fikirlər, verilən təkliflər və təqdim olunan yanaşmalar göstərdi ki, artıq gənclər sadəcə müşahidəçi yox, davamlı inkişafın aktiv iştirakçısıdırlar.
Forum çərçivəsində keçirilən “Yüksək səviyyəli perspektivlər: Gənclərin regional inkişafdakı rolu” adlı paneldə ECO üzv dövlətlərindən gəlmiş nümayəndələr bir daha vurğuladılar ki, sabitlik və rifah yalnız siyasi dialoqla deyil, gənc nəslin bu proseslərdə iştirakı ilə mümkündür. Bu kimi imkanlar gənclərin dünyagörüşünü genişləndirir və region xalqları arasında həmrəyliyi möhkəmləndirir.
Azərbaycanın “Bakı İqlim Direktivləri” kontekstində təqdim etdiyi insan kapitalı modeli də maraqlı təşəbbüs idi. Bu təşəbbüs gələcəkdə ECO ölkələrində gənclər üçün strateji inkişaf proqramlarına çevriləcək. Forumun əsas mesajlarından biri də ondan ibarət idi ki, Azərbaycanda gənclərin ideyaları təkcə dinlənilmir, eyni zamanda rəsmiləşdirilir və nəzərə alınır.
Xankəndidə keçirilən Zirvə görüşünün ən simvolik tərəfi isə ondan ibarətdir ki, bu cür tədbirin məhz işğaldan azad olunmuş ərazilərimizdə – Ağdam və Xankəndidə keçirilməsi Azərbaycanın siyasi iradəsinin, quruculuq gücünün və qlobal əməkdaşlıqda oynadığı rolun bariz göstəricisidir. Cənab Ali Baş Komandan Prezident İlahm Əliyevin rəhbərliyi ilə biz bu torpaqlarda sülhü, sabitliyi və inkişafı bərqərar etdik və bunu bütün dünya artıq görür və qəbul edir.
Bu görüş və forumlar mənim kimi onlarla, yüzlərlə gənc üçün yeni motivasiya, yeni üfüqlər açdı. Biz bu proseslərdə iştirak etdikcə daha güclü, daha vətənpərvər və daha savadlı gənclik yetişir.
ECO Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi regionda yeni bir mərhələnin başlandığını göstərdi. Bu həm də Azərbaycanın beynəlxalq platformalarda artan rolunun və etimad qazanan mövqeyinin göstəricisidir. Belə tədbirlər bölgədə davamlı sülh, əməkdaşlıq və inkişaf üçün möhkəm zəmin yaradır.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

