Xankəndidən dünyaya səs salan Zirvə görüşü
07.07.2025 [21:56]
Azərbaycanın Xankəndi şəhərində 2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü keçirildi. Bu fakt təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də geosiyasi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Qarabağın mərkəzi olan Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli zirvə görüşünün keçirilməsi ilə yadda qaldı və Azərbaycanın suveren hüquqlarının beynəlxalq müstəvidə tam şəkildə tanındığını bir daha təsdiqlədi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin etdiyi çıxış isə həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mesajlarla zəngin oldu.
Çıxışına tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi və tarixi əhəmiyyətini vurğulamaqla başlayan cənab prezident bildirdi ki, bu gün Qarabağın mərkəzində, illər boyu erməni separatizminin məkanı olmuş Xankəndidə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirir.
Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqət çəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı.
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında keçirilən son görüşlər, ECO çərçivəsində qarşılıqlı anlaşma və birliyin gücləndiyini nümayiş etdirdi. Tədbirdə çıxış edən dövlət başçıları Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndini Qafqazın sülh və inkişaf mərkəzi kimi xarakterizə etdi və Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, Azərbaycanın təkcə enerji və nəqliyyat sahələrində deyil, həm də turizm və mədəniyyət sahəsində güclənən mövqeyini göstərdi.
Zirvə görüşü Azərbaycanın sülhə, inkişafa və regional inteqrasiyaya sadiqliyinin parlaq nümunəsi kimi qeyd edildi. Tədbir regional əməkdaşlığa, qarşılıqlı anlaşmaya və tərəqqiyə xidmət edir. Prezident İlham Əliyevin liderliyi, xalqımızın birliyi sayəsində Qarabağın yenidən dirçəldilməsindən böyük qürur hissi ilə bəhs edən qonaqlar onu da qeyd etdilər ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Gələcək Zirvə görüşlərinin bu təcrübəni davam etdirəcəyinə əminlik ifadə edildi.
Xankəndidə keçirilən toplantı həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəldir. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Zirvə zamanı qəbul edilən qərarlar yalnız Azərbaycan deyil, bütövlükdə region üçün strateji nəticələr verəcək. Xankəndi Zirvəsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış və bərpa işləri aparan ölkə deyil. O, əməkdaşlıq yəzlaqələri quran, diplomatik balans yaradan və liderlik edən dövlətdir.
Azərbaycan üçün bu tədbir üçüncü dəfədir keçirilmiş zirvə görüşlərindən fərqli olaraq, Qarabağda təşkil olunmağı və regionun bərpası, beynəlxalq əməkdaşlıq və diplomatik məsələlərin real işlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu görüş, eyni zamanda, regionun gələcəyi üçün sabitlik və inkişafın mümkünlüyünü nümayiş etdirdi.
Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

