YAP Ağcabədi rayon təşkilatında Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
25.06.2025 [19:11]
İyun ayının 25-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə hərbi qulluqçular, Şəhid ailəsi üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, ƏPT sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrin yaradılması, keçdiyi şərəfli yolu və qəhrəmanlıq səlnaməsini əks etdiyən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirdi ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Əbədiyaşar lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Zəfər savaşı ilə Azərbaycan tarixinin iki əsrlik məğlubiyyət seriyasına son qoyaraq qalib Sərkərdə statusunu qazanan Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətçilik tariximizdə qəhrəmanlıq səhifəsi açdı.
Silahlı Qüvvələrimizin Azərbaycanın müstəqilliyinin və suverenliyinin keşiyində ayıq-sayıq dayandığını qeyd edən Rövşən Əhmədov Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı təbrik edirək, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzuladı.
Tədbirdə SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisi mayor Vasif Rzayev, “N” saylı Hərbi hissənin komandiri polkovnik-leytinant Zaur Zalov və Ağcabədi rayon Statistika idarəsinin rəisi, Ərazi Partiya Təşkilat sədri Elsevər İsmayılov çıxış edərək ordumuzun 44 günlük Vətən Müharibəsində və bir günlük antiterror tədbirləri zamanı düşmənə qarşı keçirdikləri uğurlu hərbi əməliyyatlardan, bu əməliyyatlarda Azərbaycan əsgərinin göstərdiyi misli görünməmiş qəhrəmanlıqlarından geniş danışdılar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Silahlı Qüvvələr Günü münasibətilə bir qrup partiya fəalları, şəhid ailələri və qazilər YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20

