/ / Azərbaycan-Türkiyə-Pakistan münasibətləri və strateji tərəfdaşlığı bu gün yüksələn xətlə inkişaf edir
Azərbaycan-Türkiyə-Pakistan münasibətləri və strateji tərəfdaşlığı bu gün yüksələn xətlə inkişaf edir
03.06.2025 [14:21]
Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmaları, tarixi-dini köklər və qardaşlıq münasibətləridir. Tarixən möhkəm bağlılıqlar ölkələr arasında həqiqətən də qardaşlıq və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Ölkələr qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyiblər və bu gün də belədir. Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi bu münasibətlərin dostluq və birgə əməkdaşlıq münasibətlrinin yüksək səviyyədə olmasının təzahürüdür. Bu Zirvə görüşü işğalından azad edilmiş Laçında, Azərbaycanın Müstəqillik Günündə keçirildi.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq". Bu günə qədər üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində bir sıra görüşlər, tədbirlər və təlimlər keçirilib. Üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanmalıdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdilər.
Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə və Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı hər iki dövlət tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Azərbaycan–Türkiyə–Pakistan münasibətləri, dostluğumuz və qardaşlığımız bundan sonra da yalnız yüksələn xətt üzrə inkişaf edəcək. 28 May-Müstəqillik Günündə işğaldan azad edilmiş Şərqi Zəngəzurun Laçın şəhərində qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü də bunu bir daha təsdiq edir.
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54

