/ / Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır
Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır
29.04.2025 [19:48]
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Prezident İlham Əliyevin 2025-ci ildə Çinə səfəri təkcə siyasi əməkdaşlıq baxımından deyil, həm də iqtisadi əlaqələrin dərinləşməsi ilə əlamətdar oldu. Cənab Prezidentin CGTN telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasında bərpaolunan enerji, nəqliyyat və istehsal sahələrində əməkdaşlıq genişlənməkdədir. Hazırda Çin Azərbaycanın ən böyük idxal tərəfdaşı və 4-cü ticarət dövriyyəsi partnyorudur. Bu çərçivədə Çində artıq altı Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və Azərbaycan şərabının Çin bazarına çıxışı təmin olunub. Bununla yanaşı, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün təkcə tranzit layihəsi deyil, həm də regional istehsal və logistika mərkəzlərinin yaradılması imkanlarını verdiyi xüsusi vurğulanır.
Ən mühüm istiqamətlərdən biri bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Cənab Prezident müsahibəsində qeyd edir ki, imzalanmış müqavilələr çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsal etmək imkanları yaranacaq. Bu, ölkənin enerji strategiyasında çevriliş olacaq və təbii qazın ixrac imkanlarını genişləndirəcək. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində BYD ilə birgə elektrik avtobuslarının istehsalına başlanması Bakının və digər şəhərlərin yaşıl nəqliyyata keçidini sürətləndirəcək. Tranzit daşımalar sahəsində də ciddi irəliləyiş müşahidə olunur – ötən il Çin-Azərbaycan tranzitində 86% artım qeydə alınıb. Yeni nəqliyyat dəhlizləri ilə yüklərin daşınması müddəti 10-12 günə endirilib ki, bu da Azərbaycanın regiondakı nəqliyyat qovşağı rolunu gücləndirir. Beləliklə, bu səfər Azərbaycanın iqtisadi strategiyasının mühüm sütunlarına çevriləcək real əməkdaşlıq mexanizmləri yaratdı. Çin-Azərbaycan iqtisadi münasibətləri dayanıqlı və inklüziv inkişaf üçün nümunəvi modelə çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin Çinə etdiyi səfər çərçivəsində vurğulanan əsas sahələrdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Müsahibəsində cənab İlham Əliyev Çin iqtisadiyyatının təcrübəsini nümunə kimi göstərdi: “Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır.” Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulması və bunun nəticəsində formalaşan infrastruktur layihələri də diqqətə çatdırıldı. Cənab Prezident dedi ki, “Biz 'Bir kəmər, bir yol' təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik... Azərbaycanda xeyli infrastruktur layihələrini həyata keçirmişik.” Azərbaycan bu əməkdaşlıq sayəsində bərpaolunan enerji, nəqliyyat və ticarət sahəsində böyük uğurlara imza atmaqdadır. Cənab Prezident bununla bağlı ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkdi: “Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik və yoxsulluq səviyyəsini 5 faizə endirdik.” Çinlə daşıma və ticarət sahəsində artan rəqəmlər, iki ölkə arasında artan qarşılıqlı marağın iqtisadi nəticəsidir. Prezidentin qeyd etdiyi kimi, bu sahələrdə əməkdaşlıq Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini gücləndirir. Çin modelindən ilhamlanan Azərbaycan – iqtisadi yüksəliş və enerji əməkdaşlığında da uğurlu nəticələrə nail olub. Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi və texnoloji əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyevin səfəri zamanı bu sahələrdə də mühüm razılaşmalar əldə olunub. Çin Modeli və İlhamverici İslahatlardan danışarkən cənab Prezident İlham Əliyev Çinin inkişaf modelini belə qiymətləndirir: “Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur.” O, Azərbaycanın iqtisadi inkişafında əldə edilən uğurların arxasında sabitlik siyasəti və islahatların dayandığını bildiririb. Cənab Prezident müsahibəsində onu da bildirib ki, “Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.” Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

