Çin-Azərbaycan münasibətləri yeni dövrün etibarlı tərəfdaşlığıdır
24.04.2025 [12:20]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Azərbaycan və Çin arasında qurulan strateji tərəfdaşlıq son illərdə yeni dinamika qazanaraq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından uzun müddət keçir. Bu müddət ərzində əlaqələr qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Azərbaycan - Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının aparıcı informasiya agentliyi olan Sinxua ilə müsahibəsində bu münasibətlərin dərin məzmunu və gələcəyə yönəlik perspektivləri aydın şəkildə əks olunub. Cənab Prezidentin “Azərbaycan ilə Çin arasında ticari dövriyyə son illər əhəmiyyətli dərəcədə artmışdır. Bizim strateji tərəfdaşlığımız müxtəlif sahələrdə uğurla inkişaf edir” fikri, bu əməkdaşlığın təkcə iqtisadi deyil, siyasi baxımdan da dayanıqlı əsaslara söykəndiyini göstərir. Çinin irəli sürdüyü “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın iştirakı, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında etibarlı tranzit platformasına çevrilməsi ilə daha da möhkəmlənir. Bu baxımdan Prezident Əliyevin “Biz artıq Orta Dəhlizin ən etibarlı və təhlükəsiz keçid marşrutu olduğunu sübut etmişik” sözləri regionda Azərbaycanın mühüm geostrateji mövqeyini təsdiqləyir. Eyni zamanda enerji və yüksək texnologiyalar sahəsində Çinin Azərbaycan iqtisadiyyatına artan marağı yeni əməkdaşlıq sahələrinin formalaşmasına təkan verir. Rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi sahələrdə mümkün layihələr Azərbaycan-Çin münasibətlərini gələcək texnoloji tərəfdaşlığa da yönəldir. 2024-cü ildə ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarını keçməsi, iqtisadi əlaqələrin yalnız rəqəmlərlə deyil, strateji inamla da müşayiət olunduğunu göstərir. Prezidentin “Biz bu əməkdaşlığı daha da genişləndirmək əzmindəyik” fikri gələcək inkişafın prioritet xəttini müəyyən edir. Bu gün Çin-Azərbaycan münasibətləri qarşılıqlı hörmət, siyasi sabitlik və iqtisadi faydalılıq prinsipləri əsasında formalaşmış çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Bu model həm regional inteqrasiyanın mühüm nümunəsi, həm də çoxqütblü dünyanın yeni reallıqları fonunda uğurlu diplomatik platformadır. Sadalanan bu nəticələri daha da yaxşılaşdırmaqdan ötrü iki ölkə arasında ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların və texniki-iqtisadi əməkdaşlığın artırılması, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması və sərmayəçilərin qanuni hüquq və maraqlarının təmin olunması və sair bu kimi istiqamətlərdə genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində də səylərini artırıblar. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

