/ / Qaradağ rayonunda “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
23.04.2025 [18:59]
23 aprel 2025-ci il tarixində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində YAP Qaradağ Rayon təşkilatının Elm və Təhsil Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil etdiyi “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları: Vüqar Rəhimzadə, Ceyhun Məmmədov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, “İki sahil” TV-nin məsul redaktoru, “91-lər”in nümayəndəsi Tahir Məmmədov, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin rəhbəri Çərkəz Əliyeva və Qaradağ rayonunun məktəb direktorları, təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar mərkəzin foyesində açılmış kitab sərgisi ilə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını salamlayıb və qonaqları təqdim edib. O, Azərbayacn Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini qeyd edərək və bu gün Azərbaycan Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edilən “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masanın rayon təhsil müssisələri üçün mühüm əhəmiyyət daşıdığını bildirib. YAP Qaradağ Rayon təşkilatının sədri Elm və Təhsil Nazirliyinə, o cümlədən Bakı şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə tədbirin təşkilinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O bugünkü tədbirin əsas məqəsədinin Azərbaycan qanunvericiliyinin əsasını təşkil edən Konstitusiyamızın və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə başa çatan Vətən müharibəsinin qarşılıqlı əlaqəsinin və fəlsəfi məzmununun açılmasından ibarət olduğunu qeyd edib.
Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar Məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından gələn qonaqları salamlayıb və ölkəmizin Əsas qanunun qəbulunun 30-cu ildönümü və Vətən müharibəsində qələbənin 5-ci ildönümünün qeyd olunması baxımından “Konstitusiya və Suverenlik İli”nin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, əgər Ulu öndər Heydər Əliyev müstəqilliyin bərpasından sonra ümumxalq səsverməsi yolu qəbul edilmiş ilk Konstitusiyanın yaradıcısıdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də 30 ildən çox düşmən tapdağı altında qalmış ərazilərimizin azad edilməsi ilə başa çatan böyük Zəfərin və Suverenliyimizin tam bərqərar edilməsinin müəllifidir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor, məşhur “91-lər”in nümayəndəsi Vüqar Rəhimzadə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük əməyi və gərgin zəhməti nəticəsində xaosdan, özbaşınalıqdan və vətəndaş müharibəsindən xilas olan Azərbaycanda qısa müddətdə bütün sahələrdə, o cümlədən qanunvericiliyin təmin olunması istiqamətində həyata keçirilən islahatlar nəticəsində mühüm nailiyətlərin qazanıldığını vurğulayıb. Vüqar Rəhimzadə Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ilk Konstitusiyasının yaradılmasında oynadığı əsas roldan, Əsas qanunun hazırlanması və qəbulu zamanı çəkdiyi böyük əməkdən, aparılan müzakirələrə geniş şəkildə alimlərin, ziyalıların və xalqın bütün təbəqələrinin cəlb olunmasından və onların səsvermə prosesində fəal iştirakının təmin olunmasında nümayiş etdiriyi yüksək təşkilatçılıq bacarığından və demokratik dəyərlərə sadiqliyindən ətraflı bəhs edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov dünyada gedən gərgin qarşıdurma və münaqişələr fonunda Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və ölkəmizin inkişafından danışıb. Natiq ölkəmizin hərtərəfli inkişafından bəhs edərkən təhsil sahəsində əldə edilən uğurlardan da danışıb və bu sahəyə dövlət büdcəsindən ümumilikdə 5 milyard manat, o cümlədən orta təhsilə 2 milyard manat vəsait ayrıldığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva çıxış edərək Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin gördüyü böyük işlərdən danışaraq Əsas Qanunumuzda yazılan maddələrin bu gün ardıcıl şəkildə həyata keçirildiyini qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev, “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş direktoru, tarixi romanlar müəllifi, tanınmış yazıçı və ictimai xadim Yunis Oğuz, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı İsrafil Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Şəhid İsmayılzadə Səməndərin anası Fəridə İsmayılova, Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 228 №-li tam orta məktəbin direktoru Səkinə Rzayeva və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini söyləyiblər və bu cür tədbirlərin hər bir təhsil müəssisəsində keçirilməsinin vacib olduğunu qeyd ediblər.
Sonra Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar, YAP sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirdi.
Sonda xatirə fotosu çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

