Xalqlarımız arasında dostluq davam edir
21.04.2025 [18:15]
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycan və Gürcüstan dövlətləri, xalqları arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu günlərdə Azərbaycana rəsmi səfəri bir daha keçilən yolun təqdimatında və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Yeni istiqamətlər müəyyənləşdirilir və uğurlu inkişafı üçün yol xəritəsi təqdim olunur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında enerji, nəqliyyat sahəsində görülən işlərdən, planlardan bəhs edərək bildirdi ki, bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Reallıq budur ki, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün Azərbaycan və Gürcüstanı birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu deyil, Avrasiya üçün böyük məna daşıyır. İki qardaş ölkənin güclü siyasi iradəsi var. Eyni zamanda, yaradılmış güclü infrastruktur hədəflərə doğru inamla addımlamağa əsas verir. Ən əsası atılan addımların uğurlu olmasında Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı mühüm rol oynayır.
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun çox böyük rol oynadığı xüsusi qeyd edilir. Onların fəaliyyətləri sayəsində müstəqil Azərbaycan, müstəqil Gürcüstan inkişaf etməyə başlamışdı. Bu gün davamçıları onların yolu ilə gedir. Təbii ki, hazırda Gürcüstan və Azərbaycan daha da inkişaf etmiş ölkələrdir. Çağırışlarımız da, problemlərimiz də eynidir. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Gürcüstanın Prezidenti “Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq” söyləyərək onu da əlavə etdi ki, Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.
Göründüyü kimi, möhkəm təmələ əsaslanan bu dostluq, qardaşlıq yüksələn xətlə inkişaf edir. Hər iki ölkə sulhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olduğunu atdıqları birgə addımlarla təsdiqləyirlər.
Xəbər lenti
Hamısına baxSosial
10 Mart 16:23
İdman
10 Mart 16:18
YAP xəbərləri
10 Mart 16:16
YAP xəbərləri
10 Mart 16:08
YAP xəbərləri
10 Mart 15:28
Dünya
10 Mart 15:25
YAP xəbərləri
10 Mart 14:48
Dünya
10 Mart 14:46
Xəbər lenti
10 Mart 14:11
YAP xəbərləri
10 Mart 13:28
Gündəm
10 Mart 13:26
Gündəm
10 Mart 13:06
Sosial
10 Mart 13:05
Gündəm
10 Mart 13:03
Dünya
10 Mart 12:49
MEDİA
10 Mart 12:34
Elm
10 Mart 12:33
Sosial
10 Mart 12:32
Dünya
10 Mart 12:14
Dünya
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:56
Sosial
10 Mart 11:54
Sosial
10 Mart 11:53
Dünya
10 Mart 11:25
Sosial
10 Mart 11:25
Mədəniyyət
10 Mart 11:19
Dünya
10 Mart 10:40
Dünya
10 Mart 10:39
İqtisadiyyat
10 Mart 10:20
Dünya
10 Mart 10:13
Dünya
10 Mart 09:56
Gündəm
10 Mart 09:36
Sosial
10 Mart 09:23
Dünya
10 Mart 09:22
Dünya
10 Mart 09:10
Dünya
10 Mart 08:45
Sosial
10 Mart 08:24
Dünya
10 Mart 08:19
Dünya
10 Mart 07:50
Mədəniyyət
10 Mart 07:41
Dünya
10 Mart 07:32
Dünya
10 Mart 07:05
Dünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22

