Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilib
23.07.2013 [10:47]
İyulun 20-də Şirvan şəhər mədəniyyət evində Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının fəalları ilə görüş keçirilib. Görüşdə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov iştirak edib.
AzərTAc xəbər verir ki, ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar partiya üzvləri qarşısında duran vəzifələrə həsr olunmuş görüşü giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov açıb. Bildirilib ki, partiyanın şəhərdəki 4991 üzvü 96 ərazi təşkilatında birləşib. Onların 2327 nəfərini qadınlar, 2169 nəfərini isə gənclər təşkil edir.
Qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə danışan təşkilatın sədri məlumat verib ki, partiyanın 150 fəal üzvünün iştirakı ilə şəhər üzrə seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilib. Son məlumata görə, 46 saylı Şirvan seçki dairəsi üzrə 30 məntəqədə 38694 seçici qeydiyyatdadır. Seçki məntəqələrinin maddi-texniki bazası qanunvericiliyin tələbləri səviyyəsindədir. Şəhər təşkilatında 13 nəfərlik seçki qərargahı yaradılıb, dairə seçki komissiyası və seçki məntəqələri üzrə məşvərətçi hüquqa malik üzvlərin, müşahidəçilərin siyahısı hazırlanıb.
YAP-ın İcra katibi Əli Əhmədov görüşün məqsədini açıqlayaraq bildirib ki, növbəti prezident seçkiləri ərəfəsində qarşıda duran vəzifələri müəyyənləşdirib əməli işə keçməyin vaxtıdır və partiya olaraq bu sahədə fəallığımızı artırmalıyıq. YAP-ın namizədi Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 ildə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşanıb. Bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artıb ki, bu, dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir.
İcra katibi vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə insanların rifah halının, güzəranının daha da yaxşılaşdırılması dayanır. Ötən 10 ildə insanların həyat səviyyəsi əsaslı şəkildə dəyişib. Bu dəyişikliyin davamlı olmasını xalqımız İlham Əliyevin növbəti müddətə prezident seçilməsində görür.
Əldə olunan uğurların ölkədə hökm sürən dayanıqlı sabitliyin, əmin-amanlığın nəticəsi olduğunu vurğulayan Ə.Əhmədov sözünə davam edərək deyib: “Sabitlik olmayan yerdə inkişaf da olmaz, sabaha inam da. Son illərdə dövlət siyasətinin prioritetlərindən biri bölgələrimizin inkişafına nail olmaqdır. Bölgələrimizin gözəlləşməsi, abadlaşması insanlarımızın rahat yaşamasına zəmin yaradır. Yaşadığınız Şirvan şəhəri buna əyani sübutdur. Şəhərinizdə 4-5 il əvvəl olan insan bu gün Şirvana gəlsə, tamamilə yeni bir şəhərlə qarşılaşacaq. Ona görə də YAP üzvlərinin geniş təbliğat aparması üçün əldə kifayət qədər əsasları, deməyə sözləri vardır və bundan maksimum istifadə edilməlidir”.
İcra katibi daha sonra siyasi həmfikirlərinə seçkilərə hazırlıqla bağlı partiyanın tapşırıq və tövsiyələrini çatdırıb.
Görüşdə partiyanın qadın üzvlərinin nümayəndəsi Səadət Quliyeva, gənclər adından Emil Məmmədov çıxış edərək seçkilərdə YAP-ın vahid namizədinin qələbə qazanması üçün var qüvvə ilə çalışacaqlarını, qeyd olunan təbliğat imkanlarından yetərincə istifadə edəcəklərini bildiriblər.
Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov görüşdə çıxış edərək Şirvan şəhərinin 10 ildə keçdiyi inkişaf yolundan danışıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

