Zərifə xanım Əliyeva nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır
14.04.2025 [18:17]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Zərifə xanım Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını, fədakarlığını və yüksək əxlaqını özündə cəmləşdirən nadir bir sima idi. O, sübut etdi ki, bir qadın eyni zamanda alim, ana, həyat yoldaşı və cəmiyyət üçün dəyərli bir şəxsiyyət ola bilər. Onun timsalında Azərbaycan qadının elmə, ailəyə və Vətənə sədaqətin parlaq nümunəsini görürük.
Gözlərə, qəlblərə nur gətirən Zərifə xanım Əliyevanın ömür kitabına da Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadiminin taleyi yazıldı. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə töhfələr vermiş həkim-oftalmoloq, Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillik məktəbidir.
Görkəmli şəxsiyyət Zərifə xanım Əliyevanın həyatında səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət hər zaman öndə olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın xalq qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva çoxillik fəaliyyəti dövründə Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdıb, neçə-neçə gözə şəfa bəxş edib, neçə-neçə görməyən insanların qaranlıq dünyasını işıqlandırıb.
Həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatan, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərən Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.
Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib. “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”. Həkimlik sənəti ilə bağlı söylədiyi bir fikir bir daha təsdiq edir ki, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması prioritet məsələ idi.
Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş, özündən sonra nurlu xatirələr qoyub gedən Zərifə xanım Əliyeva nəcib keyfiyyətləri ilə Azərbaycan xalqı tərəfindən sevilir, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır.
Zərifə xanım sözün əsl mənasında xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Qürurverici haldır ki, Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

