Yeni Azərbaycan Partiyasının nümayəndələri IV Antalya Diplomatiya Forumunda iştirak edirlər
11.04.2025 [19:25]
Aprelin 11-də Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən IV Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.
Dünyanın 140 ölkəsindən nümayəndələrin qatıldığı Forum çərçivəsində keçiriləcək 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişə və müharibələr, terrorizm, iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və digər problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Forumu açıq elan edən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan müasir beynəlxalq münasibətlər sistemində xaotik vəziyyətin hökm sürdüyünü vurğulayaraq istər regional, istərsə də qlobal miqyasda sülh və təhlükəsizlik naminə əməkdaşlığın önəmini nəzərə çatdırıb, qabaqcıl ideyalar platforması olan Antalya Diplomatiya Forumunun bu xüsusda əhəmiyyətini vurğulayıb.
Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Xalqların rifah və tərəqqisi naminə beynəlxalq hüquq normalarına uyğun siyasətin vacibliyinə toxunan dövlət başçısı bəşəriyyəti narahat edən qlobal problemlərin həllində diplomatiyanın müstəsna rolunu vurğulayaraq Antalya Diplomatiya Forumunun dünyada önəmli dialoq platforması kimi özünü təsdiqlədiyini bildirib.
Dövlət başçısı Türkiyənin xarici siyasət prioritetlərindən bəhs edərək ölkəsinin ədələtli beynəlxalq siyasi nizamın tərəfdarı kimi bəşəriyyətin firavan gələcəyi naminə dost dövlətlərlə işbirliyini dərinləşdirmək niyyətində və başlıca hədəflərinə çatmaq iqtidarında olduğunu söyləyib.
Yeni Azərbaycan Partiyasının nümayəndələri Forumun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıblar.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə iştirak edib.
IV Antalya Diplomatiya Forumu çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında görüş də keçirilib.
AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala YAP nümayəndə heyətinin qardaş ölkəyə səfəri və Forumda iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib.
Dəvətə və yüksək qonaqpərvərliyə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mötəbər beynəlxalq tədbir kimi Antalya Diplomatiya Forumunun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edərək Forumun işinə uğurlar arzulayıb.
Görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf etdiyi və ən yüksək səviyyəyə çatdığı bildirilib. Türkiyə ilə Azərbaycanın beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmini və strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin həm iki ölkə arasında münasibətlərin inkişafı, həm də regionda çoxtərəfli işbirliyinin dərinləşdirilməsi və təhlükəsizliyin təmini baxımından önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə birliyi Türk dünyasında da əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində önəmli güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi və rolunun artması üçün yeni imkanlar yaratmaqdadır.
Görüş əsnasında Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, 2021-ci il iyunun 2-də imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapmış vəzifələrin uğurla icra olunduğu məmnunluqla vurğulanıb, hakim partiyaların bundan sonra da dövlət maraqlarına əsaslanan milli məqsədləri inamla həyata keçirəcəklərinə əminlik ifadə olunub.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun da iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

