Erməni vandalizminin qanlı nümunəsi
19.03.2025 [21:58]
Elçin Quliyev,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalmışdır. İstər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçirmiş, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atmışlar. 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.
Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası böyükdür. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçirməyə cəhd etdi. Erməni quldur dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı oldu.
Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlamaqla yanaşı, mənəvi, ekoloji terror, müharibə cinayətləri törədib, dinc – sivil insanları qətlə yetirib. Bu faktlar təcavüzkar erməni vandalizminin siması və daha bir nümunəsi kimi tarixə düşüb.
Azərbaycan xalqı və dövləti tarixi yaddaşımızın qorunmasına hər zaman böyük həssaslıqla və xüsusi diqqətlə yanaşır. Eləcə də erməni vandalizmi və terrorizmi unudulmur, müvafiq siyasi-hüquqi qiymət verilir, reallıqlar dünya ictimaiyyətinə çatdırılır, erməni yalanları ifşa olunur, dezinformasiya kampaniyaları iflasa uğradılır. Xatırlatmaq vacibdir ki, 31 Mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək genişmiqyaslı tədbirlər keçirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu istiqamətdə çox vacib işlər görür, önəmli layihələr reallaşdırır. Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə böyük əhəmiyyət daşıyır. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə doğru - obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyasının uğurla davam etdirilməsi isə xüsusi qeyd olunmalıdır. Bütün bunların nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər.
Beləliklə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai rəyin daim Azərbaycanın lehinə olması hədəfinə çatmağa real imkanlar yaradır.
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Yaxın tarixdə törədilmiş qanlı cinayətlərin qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

