Dinamik iqtisadi inkişafla yoxsulluq səviyyəsini endirməyə nail olmuşuq
14.02.2025 [17:33]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycan sürətli inkişaf yolunda olan, qlobal məsələlərin müzakirəsində yaxından iştirak edən, dünyanın müxtəlif siyasi-iqtisadi qütbləri ilə fəal əməkdaşlıq həyata keçirən bir dövlətdir.
Azərbaycanın Davos Forumunda təmsil olunması, Prezident İlham Əliyevin Forum çərçivəsində görüşləri, dünya dövlətlərinin və aparıcı media qurumlarının ölkə başçısına üstün marağı ölkəmizin beynəlxalq aləmdə əvəzedilməz rolu və mövqeyinin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində ölkəmizin hədəflərini, eyni zamanda, Azərbaycanın iqtisadi gücünü dəqiq şərh edərək həm respublikamız, həm də beynəlxalq gündəm üçün həlledici olan bir çox mövzulara toxunub.
Müsahibəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan Prezident İlham Əliyev vurğulayıb ki, “Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq”.
Dinamik sosial-iqtisadi inkişaf tempinə malik olan Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyətlərindən biri yaşanan tərəqqinin ölkə əhalisinin həyatında da öz əksini tapmasıdır. Bunun nəticəsidir ki, hər keçən il ölkəmizdə insanların yaşayış səviyyəsi yüksəlməkdə, əldə etdikləri maddi gəlirlərin həcmi artmaqdadır. Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli ölkəyə çevrilməsi yoxsulluq səviyyəsinin də sürətlə azalmasına təkan verərək bu sahədə qazanılan uğurların miqyasına görə ölkəmizin dünya dövlətləri cərgəsində seçilənlər sırasında yer almasını şərtləndirib, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əhalinin gəlirlərinin artması və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda yoxsulluq səviyyəsinin azalma tempi digər dünya dövlətləri ilə müqayisədə xeyli yüksək olub.
Ölkə başçısı müsahibəsində bildirib ki, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq, biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq.
Çin və Azərbaycanın rəsmi olaraq strateji tərəfdaş olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, “ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Azərbaycan və Çin arasında münasibətlər hər iki ölkənin strateji maraqlarına uyğun olaraq inkişaf etməkdədir. İqtisadi, siyasi və mədəni əməkdaşlıq sahələrində gözlənilən artım gələcəkdə daha da sıx əlaqələrin qurulmasına münbit şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

