Nəqliyyat sektoru daim dövlətin diqqət mərkəzindədir
31.01.2025 [17:14]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Son 20 il ərzində ölkəmizdə yeni yolların çəkilməsi və köhnə yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun yenilənməsi həmin bölgələrdə yeni infrastrukturun qurulmasına və həmin ərazilərin canlanmasına təkan verib.
Yanvarın 28-də nəqliyyat sahəsinə həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev vurğulayıb ki, ölkəmizdə nəqliyyatla bağlı məsələlər daima diqqət mərkəzində saxlanılıb. Son 15 il ərzində Bakı şəhərində çoxsaylı mühüm layihələr həyata keçirilib, yeni metro stansiyaları istismara verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni magistral yollar çəkilib. Dövlətimizin başçısı qeyd edib ki, əgər bu layihələr həyata keçirilməsəydi, hazırda Bakı şəhərində nəqliyyat sistemi iflic vəziyyətinə düşə bilərdi. O, həmçinin əlavə edib ki, növbəti genişmiqyaslı proqramın qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Bu məqsədlə bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırıq verilib və son aylarda bu istiqamətdə iş aparılıb. Müşavirədə də bu məsələlərin müzakirəsi aparılıb və lazımi qərarlar qəbul edilib.
Müşavirə zamanı Prezident cənab İlham Əliyev son illərdə ölkədə bir sıra nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini qeyd edərək, kənd, şəhərlərarası və magistral yolların inşasının davam etdiyini vurğulayıb. O bildirib ki, 20 il əvvəlki duruma nəzər saldıqda yolların acınacaqlı vəziyyətdə olduğu aydın görünür. Hətta paytaxt Bakının əsas yolları beynəlxalq standartlara uyğun gəlmirdi. Lakin aparılan işlər nəticəsində yeni yollar salınıb, bütün şəhərlər müasir yollarla birləşdirilib, sərhəd məntəqələrimiz avtomagistrallarla bağlanıb. Kənd yollarının yenidən qurulması və təmiri 85–90 faiz səviyyəsinə çatıb və bu işlər üçün hər il maliyyə vəsaiti ayrılır.
Ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən sonra irəli sürülən Zəngəzur dəhlizi layihəsinə də toxunan Prezident cənab İlham Əliyev vurğulayıb ki, Ermənistan artıq dörd ildən çoxdur ki, bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirir və 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Sənəddə açıq şəkildə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin olunması nəzərdə tutulsa da, Ermənistan bu öhdəlikdən yayınır, müxtəlif əsassız bəhanələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycandan Azərbaycana maneəsiz, sərbəst keçid təmin olunmalıdır. Bu, ölkəmizin haqqıdır və bu prosesin həyata keçirilməsi Çin ilə Avropa arasında yük daşımalarının böyük bir hissəsinin Orta Dəhliz vasitəsilə daşınmasını stimullaşdıracaq. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi artacaq, həm ölkəmiz, həm də region dövlətləri iqtisadi qazanc əldə edəcək.
Beləliklə, nəqliyyat sektoru daim dövlətin diqqət mərkəzindədir. Zəngəzur dəhlizinin açılması artıq qaçılmaz bir reallıqdır və bu layihə təkcə regional deyil, həm də qlobal logistika sistemində mühüm rol oynayacaq. Dəhlizin fəaliyyəti nəqliyyat müddətini və xərclərini azaldacaq, Şərq-Qərb marşrutu üzrə məsafəni qısaldacaq və Azərbaycanın nəqliyyat şəbəkəsini həm Qara dəniz, həm də Aralıq dənizinə birləşdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

