Ölkəmizdə rahat və təhlükəsiz yollar mövcuddur
31.01.2025 [16:37]
Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir. Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib ki, bu da bir ilə min kilometrdən də çox yeni yol deməkdir. Bu, ölkədə nəqliyyatla bağlı görülmüş işlərin miqyasını göstərən rəqəmlərdən tək biridir. Həmin dövrdə Azərbaycanda, üstəlik, 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid də tikilib.
Paytaxtımızda isə son 15 il ərzində yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Bir sözlə, böyük layihələr icra edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: "Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir". Bütün bunlarla yanaşı bu gün Azərbaycan həm də Avrasiyanın nəqliyyat xəritəsinin mühüm qovşağına çevrilib. Bu məqsədlə birbaşa Ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük səylər göstərilib və praktiki işlər görülüb. Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Bu baxımdan Azərbaycanın layihəsi olan Zəngəzur dəhlizi birbaşa mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli bir hissəsi kimi bu gün artıq dünyada qəbul edilmiş termindir. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə yeni layihələr sırasında Zəngəzur dəhlizi xüsusi qeyd edən dövlət başçısı vurğulamışdır: “Bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
Müşavirədə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan Prezident İlham Əliyev, Ermənistanın qeyri real layihələrinin davamı olaraq son günlərdə ortaya atdığı guya “Sülh kəsişməsi” layihəsi haqqında da söz edərək, bu layihəni bütün dünya ölkələrinə təqdim etdiklərini, lakin bu dırnaqarası layihənin Azərbaycanın iştirakı olmadan heç bir qiymətinin olmadığını bildirdi. Bütün bunlara baxmayaraq, azad edilmiş ərazilərimizdə görülən işlərin əsasını da nəqliyyat layihələri təşkil edir. Burada 44 avtomobil yolu layihəsi icra edilib, eyni zamanda 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Göründüyü kimi, ölkəmizdə həm magistral yolların, şəhərlərarası yolların, kənd yollarının çəkilməsi, dəmiryol xəttlərinin çəkilməsi istiqamətində böyük işlər görülüb.
Ən əsası, Qarabağda bu istiqamətdə görülən işlərin miqyası daha böyükdür və indi artıq dəmir yol xətləri və avtomobil xətləri, Qarabağda və Şərqi Zəngəzurda çəkilməsi prosesi çox geniş vüsət alıb və bütün bunlar nəticə etibarilə Qarabağa tarixi qayıdış missiyasında şərəflə yerinə yetirilməsi üçün çox mühüm imkanlar pəncərəsi açır və biz bütün bu vəzifələrin öhdəsindən də ləyaqətlə gələcəyik.
Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16

