/ / “Prezident İlham Əliyevin liderliyi ilə Dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda dəyirmi masa keçirilib
“Prezident İlham Əliyevin liderliyi ilə Dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda dəyirmi masa keçirilib
24.12.2024 [17:10]
24 dekabr 2024 -cü il tarixdə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatında “Prezident İlham Əliyevin liderliyi ilə Dünya azərbaycanlıları Dəmir yumruq kimi birləşib” mövzusunda dəyirmi masa keçirildi.
İlk öncə Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov və YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər.
YAP Quba rayon təşkilatında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin son 21 ilində ölkəmiz dünya birliyində öz layiqli yerini tutaraq iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirilib. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tədbir iştirakçılarını salamlayaraq, rayon ictimaiyyəti adından ölkə başçısı, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib və xoş arzularını bildirib.
İlqar Mahmudov çıxışında Prezident İlham Əliyevin 21 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan bəhs edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, yüksək liderlik, siyasi bilik və iradəyə malik İlham Əliyevin əsas fəaliyyət qayəsi ölkəmizin siyasi-iqtisadi gücünü artırmaq, qüdrətli dövlətə çevirmək, xalqın rifahını yüksəltmək və ən nəhayət ərazilərimizi bərpa etməkdən ibarət olub. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışan dövlət başçısı Qarabağda qazanılmış Zəfərlə xalqı qarşısında ən dəyərli missiyanı yerinə yetirdi – işğalda olan torpaqlarımız bütünlüklə azad olundu və mahir siyasətçi üçrəngli bayrağımızı 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Qeyd olundu ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılıb, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənib.
Vətən Müharibəsi Qəhrəmanı,Şəhid Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov çıxış edərək, Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini ifadə ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordu yaradıldığından da bəhs edilib. Qeyd edilib ki, məhz güclü ordu və peşəkar komandanlıq, düzgün idarəetmə və Ali Baş Komandanın xalqı öz ətrafında yumruq kimi birləşdirmə məharəti Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının ictima-siyasi həyatında yüksək fəallığına, partiya işindəki səmərəli faliyyətinə görə bir qrup partiya üzvünə fəxri fərmanlar, hədiyyələr təqdim olundu. Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

