/ / Azərbaycan və Rusiya beynəlxalq münasibətlərdə bərabər hüquqlara malik dövlətlər kimi çıxış edirlər
Azərbaycan və Rusiya beynəlxalq münasibətlərdə bərabər hüquqlara malik dövlətlər kimi çıxış edirlər
20.12.2024 [15:11]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycan və Rusiyanın vaxtilə vahid ittifaqda yer alması qarşılıqlı münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında Rusiya xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. Bu gün Azərbaycan Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə öz aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir. Müsahibədə verilən mesajlar Azərbaycan dövlətinin Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyin və gələcək əməkdaşlıq üçün bir yol xəritəsidir.
Birinci suala verilmiş cavabla Prezident İlham Əliyev Azərbaycan və Rusiya münasibətlərinə bir daha aydınlıq gətirir. Cavab da verilən mesajdan bir daha belə qənaət hasil etmək olar ki, Azərbaycan və Rusiya beynəlxalq münasibətlərdə bərabər hüquqlara malik dövlətlər kimi çıxış edirlər. Hər iki dövlət arasında bərabərlik və qarşılıqlı hörmət prinsipləri, ümumilikdə onların beynəlxalq münasibətlərdəki mövqelərini gücləndirir. Prezident 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə haqqında deyir: “Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.
Cənab Prezident İlham Əliyev jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına verdiyi cavab da xüsusi olaraq diqqəti cəlb edir. Məlumdur ki, Türkiyənin Azərbaycanda hərbi bazasının olması, həm daxili, həm də xarici siyasət baxımından mürəkkəb və həssas bir məsələdir. Hələlik, Azərbaycan və Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq çərçivəsində davam edir. Bir çox siyasi və təhlükəsizlik amillərini nəzərə alaraq, bu gündəlikdə olan bir məsələ deyil. Həmçinin Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac olub-olmaması, bir neçə amildən asılıdır və bu sual həm daxili, həm də xarici siyasətə bağlı müxtəlif aspektlərə təsir göstərir. Prezident İlham Əliyev sualın cavabında deyir: Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir... Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”. Əslində cavabdan belə qənaətə gəlmək olar ki, gələcəkdə regional vəziyyət və strateji ehtiyaclar dəyişdikcə, bu məsələyə yenidən baxıla bilər.
Azərbaycanın mövqeyi nəzərə alınarsa Ermənistan və Fransanın münasibətlərinin fəallaşması, regional təhlükəsizlik baxımından bir neçə mühüm nəticəyə yol aça bilər. Regionda Fransa və Ermənistanın təzyiqlərinə qarşı müqavimət göstərmək üçün Azərbaycanın diplomatik aktivliyinin artırılması daha məqsəduyğundur. “Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik” – deyən Azəbaycan Prezidenti belə davam edəcəyi təqdirdə ölkəmizə irad tutulmamasını da bildirməyi unutmur.
Cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinin təqdimatı kimi qiymətləndirilməlidir. Bu ölkənin xarici siyasətinin əsas prinsiplərindən biridir. Bu mövqe xüsusilə ölkənin ərazi bütövlüyünü qorumağa yönəlmiş siyasətində, həmçinin beynəlxalq təşkilatlar və diplomatik münasibətlər çərçivəsində özünü göstərir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50

