COP29-a evsahibliyi seçilməyimiz təsadüfi deyil
29.11.2024 [16:48]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12
Siyasət
06 Dekabr 18:36
YAP xəbərləri
06 Dekabr 18:27
Gündəm
06 Dekabr 18:26
Siyasət
06 Dekabr 18:11
Gündəm
06 Dekabr 17:59
İdman
06 Dekabr 17:46
Siyasət
06 Dekabr 17:44
Sosial
06 Dekabr 17:28
Elanlar
06 Dekabr 17:25
İqtisadiyyat
06 Dekabr 17:09
YAP xəbərləri
06 Dekabr 16:59
YAP xəbərləri
06 Dekabr 16:50
Sosial
06 Dekabr 16:01
Mədəniyyət
06 Dekabr 15:16
Dünya
06 Dekabr 15:00
İdman
06 Dekabr 14:50
Xəbər lenti
06 Dekabr 14:29
YAP xəbərləri
06 Dekabr 14:27
Dünya
06 Dekabr 14:06
Hərbi
06 Dekabr 13:40
Sosial
06 Dekabr 13:09
Sosial
06 Dekabr 12:29
İqtisadiyyat
06 Dekabr 12:25
Siyasət
06 Dekabr 12:03
Gündəm
06 Dekabr 12:01
Sosial
06 Dekabr 11:59
İqtisadiyyat
06 Dekabr 11:57
Siyasət
06 Dekabr 10:39
MEDİA
06 Dekabr 10:26
Siyasət
06 Dekabr 10:26
Sosial
06 Dekabr 10:21
Sosial
06 Dekabr 10:20
Hadisə
06 Dekabr 10:13
İqtisadiyyat
06 Dekabr 10:12
Siyasət
06 Dekabr 10:12
Analitik
06 Dekabr 09:56
Siyasət
06 Dekabr 09:39
İqtisadiyyat
06 Dekabr 09:14
Analitik
06 Dekabr 08:59
Maraqlı
06 Dekabr 08:37
Yeni texnologiyalar
06 Dekabr 08:12
Siyasət
06 Dekabr 07:54
Siyasət
06 Dekabr 07:33
İqtisadiyyat
05 Dekabr 23:58
Xəbər lenti
05 Dekabr 23:43
Maraqlı
05 Dekabr 23:12
Xəbər lenti
05 Dekabr 22:57
İqtisadiyyat
05 Dekabr 22:36
Elm
05 Dekabr 22:19
İdman
05 Dekabr 21:48
Xəbər lenti
05 Dekabr 21:37
YAP xəbərləri
05 Dekabr 21:36
Xəbər lenti
05 Dekabr 21:18
Elm
05 Dekabr 20:58
Elm
05 Dekabr 20:32
Sosial
05 Dekabr 20:17
YAP xəbərləri
05 Dekabr 20:16
İdman
05 Dekabr 19:51
Sosial
05 Dekabr 19:36
İqtisadiyyat
05 Dekabr 19:12
Hərbi
05 Dekabr 18:48