Diplomatiya müstəvisində parlaq qələbə
20.11.2024 [17:45]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Məramları, məqsədləri işğalçılıq olan ermənilər 1993-cü il iyulun 4-də artilleriya ilə Ağdamı bombalamış, şəhərin hər yerini məhv etmişlər. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.
Nəhayət 27 il sonra, 2020-ci lin 27 sentyabrında Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusu 44 gün ərzində bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuzun qarşısında tab gətirə bilməyən ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olmuşdur.
2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin ölkəmizin qələbəsini rəsmiləşdirən Bəyanatı imzaladılar. İmzalanan üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır.
44 günlük Vətən müharibəsi zamanı ölkə başçısı, Müzəffər Ali baş Komandan hər gün xalqa müraciət edərək, işğaldan azad edilmiş şəhər və kəndlərimizin müjdəsini verirdi. Ağdam şəhərinin işğaldan azad edilməsi xəbərini xalqa çatdıran dövlətimizin başçısı Ağdam əhalisinə səslənərək deyirdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Ağdamın bir güllə atmadan, şəhid vermədən işgaldan azad edilməsi, Azərbaycanın gücünün, qüdrətinin, eyni zamanda bu ölkəmizin həm müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbəsinin göstəricisi idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalın təsis edilməsi ilə əlaqədar sərəncam imzalamış, sərəncama əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ölkə başçısı 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd ediləcək.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərinə səfər etmiş və üçrəngli bayrağınımızı Ağdamda qaldırmışdır.
Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti altında bu gün işğaldan azad edilmiş torpaqlarımızda o cümlədən Ağdam rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir.
Ölkə başçısı Ağdam rayonuna bir neçə dəfə səfər etmiş, səfərlər zamanı cənab Prezident Ağdam Məsçidini ziyarət etmiş, şəhərinin bərpasının təməl daşını, məktəb binasının, avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının, eləcədə digər əhəmiyyətli obyektlərin təməlini qoymuş, görülən işlərlə tanış olmuş tapşırıq və tövsiyyələrini vermişdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə o cümlədən Ağdamda görülən sürətli bərpa quruculuq işləri əminliklə deməyə əsas verir ki, qısa zamanda Şəhərin əvvəlki şöhrəti qaytarılacaq!
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

