/ / Qaradağ rayonunda “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
31.10.2024 [21:21]
Oktyabrın 31-də YAP Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29 tərəflər konfransının Azərbaycan üçün əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Eim və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva, Qaradağ rayon İcra Hakimiyyətinin və YAP Qaradağ rayon təşkilatının əməkdaşları, fəal gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dəyirmi masa iştirakçıları əvvəlcə 288 nömrəli məktəbin müəllimi Kəmalə Hüseynovanın və Mərkəzin direktoru Çərkəz Əliyevanın Azərbaycan təbiətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb. Qafar Əliyev bildirib ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşdığını qeyd edən YAP rayon təşkilatının sədri bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb. Qafar Əliyev bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük hörmət və etimadın bariz nümunəsidir.
Həmçinin ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təsdiqidir. YAP rayon təşkilatının sədri qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.
Dəyirmi masada “Yaşıl dünya naminə həmrəylik ili"nə və “COP29 tərəflər konfransı”nın əhəmiyyətinə həsr edilmiş xüsusi videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva COP29 tərəflər konfransının əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib. Təqdimatda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təbitin və ətraf mühtin mühafizəsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkə ərazisində yaradılan çoxsaylı təbiət qoruqları, flora və faunaya göstərilən diqqət və qayğı, bu məqsədlə icra edilən çoxsaylı layiəhlər barədə ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində görülən işlərdən geniş bəhs olunub.
Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlova, “Qarabağ qaziləri” İctimai Birliyinin Qaradağ filaialının sədr müavini Qafqaz Əhmədov, 180 nömrəli məktəbin nümayəndəsi Eminə Nəzirli, Heydər Əliyev Mərkəzinin direktor müavini Leyla Nəcəfova və başqaları Azərbaycanın iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması ilə əlaqədar beynəlxalq layihələrdə fəal iştiraknın böyük qürur hissi doğurduğunu bildiriblər. Onlar qeyd ediblər ki, ölkəmizin cari ilin noyabrında COP29-a ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində fəaliyyəti, müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratması qlobal səviyyədə mühüm əhəmiyyətə malikdir.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib və 139 nömrəli məktəbin həyətinə gedən tədbir iştirakçıları burada “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş stendlə tanış olublar və məktəbin həyətində təşkil edilmiş ağacəkmə aksiyasına qatılıblar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

