Ağcabədidə “Müstəqil və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib
17.10.2024 [17:35]
Oktyabr ayının 17-də YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon İcra hakimiyyətinin birgə təşkilatçıliğı ilə Dövlət müstəqilliyinin bərpasınin 33-cü il dönümü münasibəti ilə “Müstəqil və suverən Azərbaycan” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçiları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək,abidə önünə çiçək dəstələri düzdülər.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açdı. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Konfransda çıxış edən Rövşən Əhmədov qeyd etdi ki, 1991-ci ildə Azərbaycan Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.
Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün islahatlar həyata keçirir. Dörd il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. 2023-cü ilin sentyabr ayında isə 23 saatlıq antiterror əməliyyatları ilə ermənilərin son silahlı dəstələri məhv edildi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin və ərazi bütövlüyünün həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyəti Başcısının müavini Vüsalə Məmmədova, Ağcabədi Pedoqoji Kollecinin direktoru Bəxtiyar Əliyev, ADPU-nin Ağcabədi filialının direktor müavini Mahir Səlimov, “ASAN” xidmət mərkəzinin direktoru Rəhim Qarayev, 5 saylı uşaq bağcası-körpələr evinin müdiri Gülşən Həsənova çıxış edərək qeyd etdilər ki, bu gün, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli hadisələrin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin qeyd edilməsi, onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Ulu Öndərin vaxtilə söylədiyi “Azərbaycanın Dövlət Müstəqilliyi daimidir, əbədidir, dönməzdir” fikri natiqlərin çıxışının əsas leytmotivi oldu.
Konfrans Yeni Azərbaycan Partyasının himninin səslənməsi ilə başa çatdı.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

