Regional sabitlik və inkişaf naminə
15.10.2024 [12:57]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm faktordur. Bu formatın nəticələri gələcəkdə MDB-yə daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. İqtisadi əlaqələrin möhkəmlənməsi müsbət nəticə verir.
Azərbaycan strateji tərəfdaş kimi MDB ölkələrinin hər biri üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB üzvləri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Əlbəttə, bununla da dəhlizdən istifadə edən ölkələrin Avropa və dünya bazarlarına çıxışı daha da asanlaşır. Buna görə də Azərbaycan kimi sadiq müttəfiq və tərəfdaş MDB dövlətləri üçün böyük önəm daşıyır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr bundan sonra da davam edəcək.
Oktyabrın 8-də Moskvada təşkil edilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Prezident İlham Əliyev səfər çərçivəsində rusiyalı həmkarı ilə görüşdə iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Rusiya nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq edir və bu səfər qarşılıqlı münasibətlərin inkişafı üçün səmərəli olacaq.
Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı etimad əsasında formalaşmış Azərbaycan-Rusiya münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir. Hazırda bu əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm siyasi iradə və əzm var. Bu da dövlətlərimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regional sülhün təmin edilməsinə böyük töhfə verir.
Vaxtilə Azərbaycan və Rusiyanın keçmiş Sovet İttifaqında yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycanın geosiyasi cəhətdən çətin bir regionda yerləşməsinə baxmayaraq rəsmi Bakının yürütdüyü rasional və balanslaşdırılmış siyasət nəticəsində bütün vektorlarla sahib olduğumuz isti münasibətlər bu illər ərzində ölkəmizin maraqlarının nəzərə alınmasına gətirib çıxarıb. Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər inkişaf etməyib. 2024-cü il ərzində tərəflər arasında bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Hər iki dövlət rəsmilərinin Moskvaya və Bakıya qarşılıqlı səfərləri, onların arasında bir neçə dəfə ən yüksək səviyyədə görüşlərin keçirilməsi buna misaldır. Çünki ikitərəfli münasibətlərdə aparıcı rolu ölkələrin liderləri tuturlar. Prezident İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən yüksək qiymət dövlətimizin başçısının yürütdüyü düsünülmüş siyasətin nəticəsidir.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərləri də xüsusi əhəmiyyət kəsb edir. V.Putin indiyədək Azərbaycana 7 dəfə səfər edib. Bundan başqa hər iki ölkənin lideri beynəlxalq platformalar çərçivəsində çoxsaylı görüşlər keçiriblər.
Prezident İlham Əliyevin son Moskva səfəri Azərbaycan-Rusiya əlaqələrinin inkişafında böyük təsirə malik olacaq. Beləliklə, səfər iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından da çox əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

