/ / Laçın Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı
Laçın Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı
14.10.2024 [16:24]
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. İlk olaraq qeyd edim ki, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. O ildən bu günə kimi birliyin iclasları müxtəlif şəhərlərdə keçirilb, regional məsələlər müzakirə edilib. Bu dəfə Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir neçə əlamətdar hadisələr ərəfəsində baş tutub. Azərbaycan Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib bir sıra mühüm məsələləri diqqətə çatdırıb.
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonu Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilməsi ciddi bir məsələdir, birliyin və dostluğun simvoludur. Cənab Prezident şuranın iclasında çıxışı zamanı deyib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Bu, çox mühüm tədbirdir. Elə bu üzdən də xəbər erməni mediasına böyük səs-küy gətirib. Ermənistan KİV-də yayımlanan məlumatlarda deyilir ki, bu hadisə Ermənistanın siyasət və informasiya məkanına bomba kimi düşüb. Paşinyanın da olduğu bir formatda belə bir qərarın verilməsi erməniləri hiddətləndirib. Paşinyanın müxalifətinin əsas elektoral bazası sayılan Qarabağ erməniləri isə bu faktı Paşinyanı bir az da gözdən salmaq üçün istifadə etməyə çalışırlar. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Əslində burada böyük həqiqət var. Cənab Prezident çıxışında Gəncədə keçiriləcək idman oyunlarından da söhbət açıb: “Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq”. Daha bir ciddi və mühüm məsələni də nəzərə çatdırmağı vacib bilirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib, sanksiyaları yenə qətiyyət və cəsarətlə pisləyib. Dövlətimizin başçısı ABŞ-mım ölkəmizə qarşı sanksiyası barədə deyib: “Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Bu, olduqca cəsarətli fikirlərdir və cənab Prezident öz fikirlərində haqqlı olduğunu bir daha sübut edib.
Xəbər lenti
Hamısına baxCOP29
14 Noyabr 23:24
COP29
14 Noyabr 22:56
Elm
14 Noyabr 22:35
Sosial
14 Noyabr 22:17
Dünya
14 Noyabr 21:53
Elm
14 Noyabr 21:32
COP29
14 Noyabr 21:14
COP29
14 Noyabr 20:51
COP29
14 Noyabr 20:33
COP29
14 Noyabr 20:18
Xəbər lenti
14 Noyabr 19:57
İqtisadiyyat
14 Noyabr 19:36
COP29
14 Noyabr 19:16
İqtisadiyyat
14 Noyabr 18:53
İdman
14 Noyabr 18:34
YAP xəbərləri
14 Noyabr 18:25
COP29
14 Noyabr 18:13
YAP xəbərləri
14 Noyabr 18:08
Gündəm
14 Noyabr 18:08
YAP xəbərləri
14 Noyabr 17:57
Gündəm
14 Noyabr 17:12
Gündəm
14 Noyabr 17:05
Gündəm
14 Noyabr 16:59
COP29
14 Noyabr 16:35
Xəbər lenti
14 Noyabr 16:29
YAP xəbərləri
14 Noyabr 16:25
YAP xəbərləri
14 Noyabr 16:23
YAP xəbərləri
14 Noyabr 16:21
YAP xəbərləri
14 Noyabr 16:17
YAP xəbərləri
14 Noyabr 16:14
YAP xəbərləri
14 Noyabr 16:13
Gündəm
14 Noyabr 16:12
YAP xəbərləri
14 Noyabr 16:10
YAP xəbərləri
14 Noyabr 16:09
İdman
14 Noyabr 16:07
Gündəm
14 Noyabr 15:50
İdman
14 Noyabr 15:49
Gündəm
14 Noyabr 15:33
YAP xəbərləri
14 Noyabr 15:32
COP29
14 Noyabr 15:31
YAP xəbərləri
14 Noyabr 15:18
YAP xəbərləri
14 Noyabr 15:10
YAP xəbərləri
14 Noyabr 15:08
YAP xəbərləri
14 Noyabr 15:07
Siyasət
14 Noyabr 15:03
COP29
14 Noyabr 14:57
İqtisadiyyat
14 Noyabr 14:56
İdman
14 Noyabr 14:55
COP29
14 Noyabr 14:54
YAP xəbərləri
14 Noyabr 14:52
İqtisadiyyat
14 Noyabr 14:30
İqtisadiyyat
14 Noyabr 14:29
İdman
14 Noyabr 14:23
Gündəm
14 Noyabr 14:19
Siyasət
14 Noyabr 14:15
Elanlar
14 Noyabr 14:14
YAP xəbərləri
14 Noyabr 14:13
YAP xəbərləri
14 Noyabr 14:10
Xəbər lenti
14 Noyabr 14:08
Sosial
14 Noyabr 13:49
Gündəm
14 Noyabr 12:59
Gündəm
14 Noyabr 12:48
Gündəm
14 Noyabr 12:41
Siyasət
14 Noyabr 12:28
Xəbər lenti
14 Noyabr 12:26
Sosial
14 Noyabr 12:25
YAP xəbərləri
14 Noyabr 12:23
YAP xəbərləri
14 Noyabr 12:22
YAP xəbərləri
14 Noyabr 12:20
COP29
14 Noyabr 12:19