Birləşmək amalı
04.10.2024 [14:53]
İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəniyyəti ölkənin ümumi inkişafının vacib hissəsi hesab edərək bu sahə üzrə həm qanunvericilik bazasının hazırlanmasını, həm də yaradıcılıq fəaliyyətinin təbliğ və təşviqini daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə on illərlə məqsədli şəkildə diqqətdən kənarda qalmış, unudulmaqda olan folklora, aşıq sənətinə yenidən fəaliyyət meydanı yaratdı. Bu şərait təkcə söz-tapşırıq olaraq qalmadı, canlı tədbirlərdən tutmuş radio-televiziya efir-ekranlarına qədər genişləndi.
Xalqımızın mənəvi dünyasında, saz-söz sənəti tarixində uca zirvələrdən biri olan Aşıq Ələsgər irsinə qayğı siyasətinin əsası məhz, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi də Ulu Öndərin qayğısı sayəsində baş verib. Dədə Ələsgərin 150 illiyi əzəli Azərbaycan yurdu olan Göyçə mahalında keçirilib. Göyçəlilər Göyçədən zorla deportasiyaya məruz qalsalar da, Aşıq Ələsgərin Ağilsədəki qəbri də, abidəsi də mənfur ermənilər tərəfindən darmadağın edilsə də, Türk dünyasının görkəmli simalarından biri olan Aşıq Ələsgər ruhunu da özləri ilə birgə gətirdilər. 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan bu siyasət bu gün də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə keçirildi, Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açıldı. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etdi. Möhtərəm Prezident İlham Əliyevin Ələsgər isrinə qayğısı bunlarla məhdudlaşmayıb və azərbaycançılığın sönməz mayaklarından olan aşıq Ələsgərlə bağlı başqa mühüm sənədlər də imzalayıb. Belə ki, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamı və Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında 30 noyabr 2021-ci il tarixli Sərəncamı dövlət başçısının aşıq Ələsgər irsinə olan qayğı siyasətinin nəticəsdir.
Bu ilin 30 sentyabr tarixi paytaxt Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı, ölkə Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı ilə əlamətdar oldu. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.
Ölkə Rəhbəri onu da bildirdi ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır.
Xalq-iqtidar birliyindən söz açan Ölkə Başçısı bildirdi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.
Nikbinlik hisslərinə toxunan Ölkə Rəhbəri qeyd etdi ki, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir.
Möhtərəm Prezidentimizin sözlərilə desək, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

