İşğala son qoyularaq ədalət bərpa edildi
24.09.2024 [17:08]
Azərbaycan torpaqlarının işğal edən faşist xislətli ermənilər işğalın daimi olmayacağını bildikləri üçün Qarabağ və ətraf rayonlarda misli görünməmiş talançılıq törədərək, bütün madi-mədəni irsimizi məhv etməyə çalışdılar. Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talanaraq işğala dəstək verənlərlə birgə mənimsənilmişdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlanan 44 günlük Zəfər yürüşü doğma Qarabağı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, elmi, dini irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ali Baş Komandan və cəsur əsgər və zabitlərimiz qəhrəmanlıqları ilə işğalçı Ermənistana layiqli dərs verdi, kapitulyasiya aktını imzalatdırdı.
Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza səfərləri çərçivəsində icra edilmiş layihələrin açılışı və yeni layihələrin təməlqoyma mərasimləri sübut edir ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqının əsas məqsədi insanların rifahı və xoşbəxt gələcəyi naminə qurub-yaratmaqdan ibarətdir.
Məhz bu səfərlərdən biri elə cari ilin sentyabrın 20-də gözəl Qarabağımızın Xankəndi şəhərinə, orada yerləşən Qarabağ Universitetinin açılışı ilə reallaşdı. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Xankəndində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı ölkə Prezidenti cənab İlham Əliyev çıxış edərək, Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib və bildirib ki, 20 Sentyabr bundan sonra ölkəmizdə geniş şəkildə qeyd ediləcək.
Prezident İlham Əliyev 44 gün ərzində əsgərlərimizin bütün dünyaya nümunə sayılacaq qəhrəmanlıqlarında bəhs edərək vurğulayıb ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir. Antiterror əməliyyatından söz açan dövlətimizin başçısı əməliyyat nəticəsində Ermənistanın Qarabağdakı 15 mindən çox hərbi kontingentinin tamamilə iflic vəziyyətinə düşdüyünü və bir neçə saatdan sonra kapitulyasiya şərtlərinin müzakirə edildiyini xatırladaraq, revanşistlərə və Ermənistanı silahlandlqan ölkələrə müsajlar verdi.
Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı torpaqları azad etməklə tarixi ədalət bərpa edildi. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü təmin edildi.
Bu gün Xankəndi ilə yanaşı işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bölgənin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə təmin edilən inkişaf öz növbəsində ölkəmizin dinamik inkişafına da təkan verəcəkdir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

