44 gün, 23 saat 43 dəqiqə
17.09.2024 [14:26]
Vətən müharibəsindən əvvəlki dövrdə Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda danışarkən Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti olmayacaq. Vətən müharibəsi günlərində xarici mediaya verdiyi müsahibələrində də ölkə başçısı öz qətiyyətli mövqeyində qalaraq bu fikri səsləndirirdi. 2020-ci il oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə Prezident İlham Əliyev bu məsələyə xüsusilə toxunmuş və birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökərək kapitulyasiya etmiş Ermənistan, eləcə də Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində idilər. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini icra etmək əvəzinə Ermənistan gizli yollarla Qarabağdakı separatçılara silah-sursat göndərirdi. Erməni silahlı dəstələri mütəmadi olaraq təxribatlar törədir, mina terrorunu davam etdirmək məqsədi ilə 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaları ərazilərimizdə basdırmaqla məşğul olurdular. Erməni separtçılar həmçinin əzəli Azərbaycan ərazilərində ekoloji terror törədir, qanunsuz formada təbii resurlarımızı talamağa çalışırdılar. Silahlı dəstələrin Azərbaycan ərazisindən çaxırlması üçün ölkəmizin haqlı tələblərindən, eləcə də Qarbağda yaşayan əhaliyə reinteqrasiya çağırışından yayınan Ermənistan tərəfi və separatçılar təxribatları intensivləşdirirdilər. Hətta separatçılar müstəqillik iddialarından əl çəkmir və özlərinə oyuncaq “prezident” seçirdilər.
Qarabağda qalmış erməni silahlı dəstələri növbəti dəfə 2023-cü il sentyabrın 19-da genişmiqyaslı hərbi təxribat və terror hücumları törətdilər. Azərbaycan Ordusu bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayaraq qaldırmalı oldular və bununla da separatizmin kökü kəsildi.
Azərbaycan Ordusu antiterror tədbirləri zamanı da yüksək peşəkarlıq nümayiş etdirərək yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdi. Heç bir mülki şəxs xəsarət almadı, həmçinin heç bir mülki obyektə ziyan dəymədi.
Həyata keçirilmiş antiterror tədbirlərinin nəticəsi olaraq qanunsuz erməni silahlı birləşmələri tərksilah edilərək ölkəmizdən çıxarıldı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi. Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Öz gücü hesabına 44 günlük Vətən müharibəsi, həmçinin 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan bu istiqamətdə uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün həm də bir nümunə yaratdı.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45

