Müttəfiqliyə çevrilən dostluq
29.08.2024 [11:22]
Məlumdur ki, Azərbaycan Türk dünyasının güclənməsi, türkdilli dövlətlər arasında dostluq və qardaşlıq əlaqələrinin getdikcə daha da möhkəmlənməsi işinə hər zaman dəyərli töhfələr verib. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətləri arasında Türk dövlətlərinin bir birinə həm siyasi, həm də strateji baxımdan yaxınlaşmaları, türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması və bu dövlətlər arasında möhkəm vəhdətin təmin olunması kimi məsələlər xüsusi yer tutur. Bu baxımdan Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin bu gün artıq yüksəldiyi müttəfiqlik səviyyəsi də bu sahədə həyata keçirilən siyasi strategiyanın effektivliyindən xəbər verir.
Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələri tarixi köklərə bağlıdır. Hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri isə bu bağlılıq zəminində əlaqələrin inkişafını və dərinləşməsini təmin edib. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 22-də Özbəkistana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına növbəti böyük töhfədir. Avqustun 23-də Azərbaycan və Özbəkistan dövlət başçılarının mətbuata bəyanatla etdikləri çıxışlarında cənab Prezident İlham Əliyevin səfərinin nəticələrinə dair mühüm açıqlamalar yer alıb. Öz çıxışında dövlətimizin başçısı ilk növbədə son iki ildə Özbəkistana beş də səfər etdiyini diqqətə çatdırmış və bunun etibarlı münasibətlərin göstəricisi olduğunu qeyd etmişdir. Cənab Prezident bu gün həm Azərbaycanın, həm də Özbəkistanın müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış güclü müstəqil dövlətlər olduğunu və bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsinin birmənalı olaraq bütün Türk dünyasının güclənməsinə xidmət etdiyini vurğulamışdır. Dövlətimizin başçısı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasını böyük tarixi nailiyyət kimi dəyərləndirmiş və bildirmişdir ki, bu müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Bu sənədin imzalanması ilə iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Azərbaycan həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss edib. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə ölkəmizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentləri Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəbin açılışını etdilər.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində ən müxtəlif mövzularda ətraflı müzakirələr aparılmış, ölkələrimiz arasında artıq mövcud olan strateji münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcək sənədlər imzalanmışdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Azərbaycanda dövlət səviyyəsində daim xüsusi diqqət verilir. Əminliklə demək olar ki, bu səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açacaq.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25

